Azərbaycanın gənc taekvandoçuları Avropa çempionatının ikinci günündə 13 medal qazanıblar
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanın gənc idmançıları Antalyada keçirilən taekvando üzrə klublararası Avropa çempionatında müxtəlif əyyarlı 13 medala sahib olublar. Bu uğura ölkəmizi yarışda təmsil edən klubların taekvandoçuları çempionatın ikinci günündə imza atıblar.
Azərbaycan Taekvando Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda dayanq üzərinə çıxan taekvandoçularımızdan Fərid Sultan (51 kq, “Lənkəran”), Orxan Tağızadə (78 kq, “Gilan”) və Mehriban Məmmədova (46 kq, “Gilan”) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq qızıl medala sahib olublar.
Digər beş idmançımız - Xanoğlan Kərimov (45 kq, “2 saylı Sumqayıt Gömrükçü”), Qasım Aslanov (59 kq, “Gilan”), Cavad Ağayev (63 kq, “Gilan”), Həsən İbrahimov (73 kq, “Gilan”) və Mirvari Qənbərli (42 kq, “Gilan”) yalnız finalda məğlub olaraq gümüş medal əldə ediblər.
Mübarizəyə qoşulan daha beş təmsilçimiz Məhəmməd Əlizadə (48 kq, “Gilan”), Ayaz Qənbərli (51 kq, “Gilan”), Sevda Pirseyidova (44 kq, “Savalan”), Nərgiz Mirzəyeva (46 kq, “Gilan”) və Nərmin Süleymanova (52 kq, “Gilan”) yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, çempionatın ilk günündə taekvando klublarımızın yeniyetmə idmançıları aktivlərinə üç qızıl, iki gümüş və dörd bürünc olmaqla, 9 medal əlavə etmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]