Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın gücü və nüfuzu ildən-ilə artır

Azərbaycanın gücü və nüfuzu ildən-ilə artır

Bakı, 9 yanvar, AZƏRTAC

Artıq yola saldığımız 2022-ci il həm regional, həm də beynəlxalq müstəvidə mühüm hadisələrlə, xüsusilə diplomatik sahədə qazandığımız uğurlarla yadda qaldı. Ötən il də ölkəmiz üçün uğurlu hesab edilməlidir. İki il əvvəl Vətən müharibəsində qazandığımız tarixi Qələbə respublikamızı qələbələrdən-qələbələrə aparır. Şanlı Qələbə ölkəmizin qarşısında geniş perspektivlər açdı və yeni reallıqlar yaratdı. Ötən il həm daxildə, həm də beynəlxalq müstəvidə görülən işlər, xüsusilə dövlətimizin başçısının keçirdiyi görüşlər, nüfuzlu tədbirlərdəki çıxışları, həmçinin xarici səfərləri zamanı imzaladıqları sənədlər ölkəmizin dünya miqyasında nüfuzunu daha da artırıb, mövqeyini möhkəmləndirib. Siyasi, iqtisadi və diplomatik sahələrdə qazanılan uğurlar qalib Azərbaycanın gücünü və reytinqini daha da artırıb. Bu da ölkəmizin strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə öz təsirini göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizin siyasi müstəvidə daha da möhkəmləndirilməsinə nail olduq. Ötən il də qarşıda duran əsas vəzifə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi idi. Çünki Vətən müharibəsinin başa çatmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanmasından hələ də yayınır. Baxmayaraq ki, bu istiqamətdə bir neçə dəfə üçtərəfli və dördtərəfli görüşlər keçirilib, hətta, bu görüşlərdə Azərbaycanın irəli sürdüyü beş baza prinsipi qəbul edilib, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasından yenə də yayınır. Halbuki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə Ermənistan rəhbərliyi də razılığını bildirib.

Ə.Bədəlov ötən ilin mühüm siyasi hadisələrindən birinin Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurası liderlərinin Çexiyanın paytaxtı Praqada baş tutmuş görüşü olduğunu bildirib. Praqada keçirilən dördtərəfli görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan siyasi şərhçi deyib ki, həmin görüşdə Ermənistanın baş naziri və onun güvəndiyi, arxalandığı, hətta Praqa görüşünə özünə arxa-dayaq kimi gətirdiyi Fransa Prezidenti Emmanuel Makron da görüşün sonunda qəbul edilən bəyanatı imzaladılar. Bununla da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən təsdiqlədilər. Həmin sənəddə birmənalı olaraq bildirilirdi ki, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyən edilməsi prosesində BMT-nin nizamnaməsi və ən başlıcası, 1991-ci il Alma-Ata bəyannaməsi əsas götürülür.

Siyasi şərhçi bu məsələlərə bir qədər ətraflı açıqlama verərək deyib ki, BMT nizamnaməsində ərazi bütövlüyü, sərhədlərin pozulması və suverenlik məsələsi qoyulub: “1991-ci il Alma-Ata bəyannaməsinə görə, MDB-ni yaradan dövlətlərin, - buraya həm Azərbaycan, həm də Ermənistan daxildir, - sərhədləri müəyyən edilərkən, keçmiş SSRİ-nin tərkibində olan sərhədlər əsas götürülür. Yəni, keçmiş SSRİ dövründə sərhədlər necə müəyyənləşdirilmişdirsə, bundan sonra da elə olacaq. Həm Emmanuel Makron, həm də Nikol Paşinyan bunu öz imzaları ilə təsdiqlədilər. Sonradan nə fikirləşdilərsə, dekabrın 7-də Brüsseldə yenidən görüşməyə cəhd etdilər. Dövlətimizin başçısı da bir daha siyasi uzaqgörənlik nümayiş etdirərək bu görüşdən imtina etdi. Çünki Fransa Prezidentinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında vasitəçilik etməsinə ehtiyac yoxdur. Dünya ictimaiyyətinə də bəllidir ki, Fransa ATƏT-in keçmiş Minsk qrupunun tərkibində olduğu müddətdə yalnız Ermənistanın işğalçılıq siyasətini legitimləşdirməklə məşğul olub. Bu gün də işğalçı ölkəyə haqq qazandırdığını gizlətmir. Makronun “France-2” telekanalına verdiyi müsahibə onun iç üzünü, riyakar siyasətini bir daha ortaya qoydu”.

Siyasi şərhçi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli" elan olunduğunu da mühüm hadisələrdən biri kimi dəyərləndirib. Bildirib ki, “Şuşa İli” çərçivəsində paytaxt Bakı və bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə silsilə tədbirlər həyata keçirildi. Şuşada beynəlxalq tədbirlərin keçirilməsi bir daha dünya bəyan etdi ki, “Qarabağ Azərbaycandır!”. İlin ən mühüm hadisələrindən biri də Azərbaycanla Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin təsdiqlənməsi oldu: “Xatırladım ki, ötən ilin fevral ayında əvvəlcə Azərbaycan parlamenti Şuşa Bəyannaməsini ratifikasiya etdi. İki gün sonra Türkiyə parlamenti - Türkiyə Böyük Millət Məclisi də eyni addımı atdı. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, fevralın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev bu sənədi təsdiqlədi”.

Ötən il qazanılan uğurların sadalanmaqla qurtarmayacağını və Azərbaycan Ordusunun qəhrəmanlığını qeyd edən siyasi şərhçi rəşadətli ordumuzun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olduğunu və həmin ərazilərə nəzarəti ələ keçirdiyini xüsusi vurğulayıb. O, bu qələbəmizin də tarixə düşdüyünü qeyd edib.

Ə.Bədəlov yaddaqalan tarixi hadisələrdən birinin də Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birinci üçtərəfli zirvə görüşü olduğunu deyib. Türkmənistanda baş tutmuş görüşdə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və üç qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunub. Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalanıb. Bu görüş, eyni zamanda, Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın inkişafı istiqamətində daha bir addım oldu.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdən olduğunu bir daha təsdiqlədi. Ötən il Avropa İttifaqı sədrinin Bakıya gəlməsi və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair Memorandumun imzalanması ölkəmizin dünya birliyində artan reytinqinin göstəricisidir. Avropa İttifaqı ölkələri Azərbaycandan xahiş edirlər ki, onlara qaz ixracını 2 dəfə artırsınlar. Bu, bir daha təsdiqləyir ki, Azərbaycanın Avropa üçün dəyəri, qiyməti son dərəcə böyükdür. Ümumiyyətlə, ötən il də bütün sahələr üzrə qazanılan uğurlar Azərbaycanın gücünün və nüfuzunun daha da artmasında mühüm rol oynadı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir