Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsində bürünc medal qazanıblar
Bakı, 9 avqust, AZƏRTAC
Beynəlxalq Ordu Oyunları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsinin final mərhələsi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların üç mərhələsinin yekun nəticələrinə görə Azərbaycanın hərbi aşpazları üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.