Azərbaycanın hərbi qulluqçusu Çində keçirilən beynəlxalq tədbirdə mükafatlandırılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Çin Xalq Respublikasında keçirilən "Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq"da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib.
Otuz altı ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb.