Azərbaycanın idman gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar VİDEO
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanın idman gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində daha iki medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə oğlanlar arasında böyüklər kateqoriyasında çıxış edən Rəsul Əhmədzadə çoxnövçülük proqramında qızıl medala sahib çıxıb.
Qızların yarışında isə Xədicə Abbaszadə eyni proqramda üçüncü yeri tutub.
Qeyd edək ki, ötən gün gənclər kateqoriyasında mübarizə aparan Leyla Məmmədzadə bürünc mükafata yiyələnib. Qızlardan və oğlanlardan ibarət yığmalarımız isə komanda hesabında üçüncü olublar.
Yarışda ölkəmizi 16 idmançı təmsil edir. 5 ölkədən 50-yə yaxın gimnastın mübarizə apardığı turnirə mayın 16-da yekun vurulacaq.
Fotoqraf - İlqar Cəfərov