Azərbaycanın iki yunan-Roma güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib
Bakı, 13 iyun, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
Millimizin üzvü Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib - 8:0. E.İbadov dörddəbir finalda türk Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb - 13:4. Təmsilçimiz yarımfinalda macar Levente Fiqeylə qarşılaşacaq.
Fəraim Mustafayev (55 kq) səkkizdəbir finalda Norveç təmsilçisi Mario Andrey Mariuta heç bir şans tanımayıb - 9:1. Güləşçimiz gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. F.Mustafayev final yolunda ukraynalı Maksim Çubenkoyla üz-üzə gələcək.
Seymur Qasımov (65 kq) debütdə Xristiyan Borislavov İvanovla (Bolqarıstan) qüvvəsini sınayacaq.
İsmayıl Rzayev (80 kq) ilk görüşdə Dominik Qrqiklə (Xorvatiya) üz-üzə gələcək. Məzahim Mərdanov (110 kq) isə startda Maksim Milçev Petrovu (Bolqarıstan) məğlub etməyə çalışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]