Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın kamandan oxatanları “Bakı-2015” Avropa Oyunlarında medallar uğrunda mübarizə aparacaqlar

Bakı, 7 mart, Ceyhun Rüstəmov, AZƏRTAC

Qədim zamanlarda oxatma ovçuluq və döyüşdə tətbiq olunurdu. Orta əsrlərdə odlu silahların meydana gəlməsi ox və yayı arxa plana keçirdi. Buna baxmayaraq, XVIII əsrin əvvəllərində oxatma nəticə etibarı ilə idman növü kimi yayılmağa başladı və hazırda 140 ölkədə insanlar onunla məşğul olurlar. 1900-cü ildə Parisdə və 1920-ci ildə Antverpendə keçirilmiş Olimpiya Oyunları da daxil olmaqla, Olimpiya Oyunları tarixinin ilk illərində bir neçə dəfə oxatmaya proqramda yer verildikdən sonra bu idman növü 1972-ci il Münhen Olimpiya Oyunlarında yenidən təqdim olundu və həmin tarixdən etibarən Olimpiya proqramında yer aldı. İndi isə növbə Avropa Oyunlarınındır. Bu ilin iyun ayında Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında kamandan oxatma yarışlarının keçirilməsi idmanın bu növünə marağı daha da artırıb.

“Bakı-2015” Avropa Oyunlarında Avropanın ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Bakı-2015” Avropa Oyunları oxatma üzrə yarışan idmançılara “Rio-2016” Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları yaradır.

Mövzunu kamandan oxatma üzrə Azərbaycan yığmasının baş məşqçisi  Sergey Qospodinov ilə davam etdiririk. Əslən moldaviyalı olan Sergey Qospodinov Azərbaycana 5 il əvvəl dəvət olunub. Baş məşqçinin AZƏRTAC-a müsahibəsini təqdim edirik:

- “Bakı-2015” ilk Avropa Oyunlarına 100 gündən də az qalır. Oyunların proqramına kamandan oxatma yarışları da daxildir. Sizcə bu idman növü Azərbaycanda necə inkişaf edib?

- Kamandan oxatma Azərbaycanda yeni idman növü deyil. Tarixə nəzər salsaq görərik ki, bu idman növü Azərbaycanda 1969-cu ildən inkişaf etməyə başlayıb. Gözəl ənənələriniz var. Azərbaycan idmançıları uzun illər SSRİ çempionatları və birinciliklərdə yaxşı nəticələr göstəriblər. Vaxtilə idmanın bu növü üzrə Azərbaycanda bir çox idmançı və beynəlxalq idman ustası hazırlanıb. Bəzi idmançılar SSRİ yığmasının heyətinə də daxil olub və beynəlxalq yarışlarda iştirak ediblər. O dövrdə buna nail olmaq o qədər də asan deyildi. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ölkədəki siyasi-iqtisadi proseslərlə bağlı kamandan oxatma idmanı da inkişafdan qaldı.

Müəyyən müddətdən sonra - 2007-ci ildən etibarən vəziyyət əsaslı şəkildə dəyişdi. Azərbaycan Kamandan Oxatma Federasiyası idmanın bu növünün inkişafına xeyli vəsait yatırdı. Məsələn, Hövsan Olimpiya İdman Kompleksinin bazasında məşq üçün oxatma meydanı yaradıldı, kaman və oxlar alındı, idmançıların hazırlanmasına başlanıldı.

Texniki təminat olanda, nəticə göstərmək də asanlaşır. 2009-cu ildə  ölkə çempionatında 18 nəfər iştirak edirdisə, 2015-ci ildə onların sayı 50-ni ötdü. Təkcə bu faktın özü oxatma idmanının inkişafından xəbər verir. Məhz bu yarışlar nəticəsində yığma komandanın heyətini müəyyənləşdirdik.

Perspektivli gənc idmançılarınız çoxdur. Qeyd edim ki, hələ keçmiş SSRİ dövründə Azərbaycan idmançılarına məxsus olan 8-9 rekord son bir neçə ildə yenilənib. Hazırda “Məhsul”, “Lokomotiv” idman bazalarında, İdman Akademiyası, Hövsan Olimpiya İdman Kompleksi və Sumqayıtda 5 məşqçi işləyir. Sevindirici haldır ki, Bakıdakı ümumtəhsil məktəblərində ixtisaslaşdırılmış sinif əsasında bölmə açmaq da planlaşdırılır.

- Azərbaycan idmançılarının beynəlxalq yarışlarda göstərdikləri nəticələr sizi qane edirmi?

- İdmanın bu növü üzrə beynəlxalq turnirlər Azərbaycanda 2013-cü ildən keçirilir. Azərbaycan Kamandan Oxatma Federasiyasının Kuboku uğrunda açıq turnir də onlardan biri idi. Sanballı mükafat fondu olan turnirdə Rusiya, İsrail, Türkiyə, Gürcüstan və Azərbaycandan 60 idmançı iştirak edirdi.

Əlbəttə, nəticələr yaxşılaşıb, Azərbaycan idmançıları beynəlxalq turnirlərdə medallar qazanmağa başlayıblar. Onlar bir neçə ənənəvi turnirdə, o cümlədən Cənubi Qafqaz ölkələrinin turnirində və Brest turnirində özlərini daha inamlı hiss edir və daim medal qazanırlar. Gənc oxatanlardan ibarət yığmanın üzvləri bu yarışlarda böyük təcrübə toplayırlar. Bunamisal olaraq deyə bilərəm ki, Azərbaycan 2013-cü ildə İndoneziyada keçirilən İslam Həmrəyliyi Oyunlarında ikinci yerə çıxıb. Taras Senyuk 100-dən çox idmançının iştirakı ilə keçirilən Dünya Kuboku çempionatında 17-ci, Aleksey Kopnin yeniyetmə idmançılar arasında Avropa çempionatı və Avropa Kuboku yarışlarında 9-cu yeri tutublar. Qadın komandamız Avropa çempionatında, kişilərdən ibarət komanda isə Avropa qran-pri yarışlarında 9-cu yerə sahib olublar.

2014-cü ildə azərbaycanlı idmançı Suğra Müqabilzadə ilk dəfə Çində gənclər arasında Olimpiya Oyunlarında iştirak edib. Qoşa yarışlarda S.Müqabilzadə ilə yapon idmançısının cütlüyü 32 komanda arasında 8-ci yeri tutub. Bu, Kamandan Oxatma Federasiyası üçün böyük nailiyyətdir.

- Kamandan oxatma yarışlarının qaydaları barədə də məlumat verməyinizi xahiş edirik.

- Avropa Oyunlarında yarışlar Olimpiya Oyunlarının proqramına uyğun olaraq 70 metr məsafəyə kamandan oxatma üzrə keçiriləcək. Yarış 2 məsafə üzrə ümumilikdə 72 atışı ehtiva edir. Sonra final keçirilir. Olimpiya setkası müəyyən olunur və istər şəxsi, istərsə də komanda və qarışıq hesabda finala çıxmaq uğrunda mübarizə gedir. Oxatanlar oxu hədəfə 70 metr məsafədən atırlar və hədəflərin diametri cəmi 122 santimetrdir. Bu, heç də sadə iş deyil. İdmançılardan diqqəti və fikri cəmləşdirmək, hədəfi düzgün nişan almaq hədsiz bacarıq və təmkin tələb edir. Nəzərə almaq lazımdır ki, hədəfin mərkəzindəki qızılı halqanın diametri cəmi 12,2 santimetrdir.

Beş dəst medalın 2 dəsti kişilər və qadınlar arasında şəxsi birincilikdə, 2 dəsti kişilərdən və qadınlardan ibarət komandaların yarışında, 1 dəsti qarışıq komanda yarışlarında oynanılacaq. Komandanın tərkibinə 3 kişi və 3 qadın oxatan daxil olacaq.

- Deyə bilərsinizmi ki, Avropa Oyunlarında kamandan oxatma yarışlarında Azərbaycanı kimlər təmsil edəcək?

- Hələ bu barədə danışmaq tezdir. Ancaq onu deyə bilərəm ki, hazırda  6 qadın və 5 kişi idmançı yığma komandaya namizəddir. İndi onlar məşq keçirlər. Komandanın yekun tərkibi mayın sonunda Türkiyədə keçiriləcək Dünya Kuboku yarışlarında müəyyən olunacaq. Hazırlıq planına görə, medallar uğrunda kişilərdən ibarət komanda və ya qarışıq komanda mübarizə aparacaq.

- Yəqin ki, xarici ölkələrdən gələcək idmançılar barədə də məlumatlısınız...

- Əlbəttə, “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək sərrast atıcılarla yaxından maraqlanırıq. Bakıya Avropanın ən yaxşı ox atanları gələcək, lakin biz də medallar uğrunda mübarizə aparacağıq. Ümumiyyətlə, Oyunlarda 64 qadın və 64 kişi idmançının iştirakı nəzərdə tutulur. Komanda yarışlarına isə kişilərdən və qadınlardan ibarət 16 komanda qatılacaq. Yarışda təqribən 30-35 ölkənin idmançıları təmsil olunacaq. Onların dəqiq sayı martın 23-29-da Yunanıstanda keçiriləcək təsnifat yarışlarından sonra  məlum olacaq. 

- Müsahibəyə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək