Azərbaycanın müdafiə naziri rusiyalı həmkarı ilə görüşüb
Moskva, 15 iyun, AZƏRTAC.
MDB ölkələri Müdafiə Nazirləri Şurasının 70-ci iclasında iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.
Görüşdə S.Şoyqu iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Rusiyanın müdafiə naziri hərbi-texniki sahədə əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib.
Nazir Zakir Həsənov Rusiya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, rusiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva