AZƏRBAYCANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ MDB PA ŞURASININ İCLASINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinin tərkibinə parlamentin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə və Milli Məclisin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov daxildir.
Tədbirdə texnogen fəlakətlərin qarşısının alınmasının və Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin qanunvericilik təminatı, MDB Parlament Assambleyası nümayəndələrinin Qazaxıstanda prezident seçkilərinin müşahidəsində iştirakı, demokratiyanın inkişafının, vətəndaşların seçki hüquqlarının qorunmasının və parlamentarizmin möhkəmləndirilməsinin monitorinqi üzrə Beynəlxalq İnstitut haqqında, habelə Rusiya Dövlət Dumasının 100 illiyinə hazırlıq işləri və digər məsələlər müzakirə olunacaqdır.
Azərbaycan parlament nümayəndə heyətinin Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulmuşdur.
Milli Məclisin nümayəndələri ulu öndərimiz Heydər Əliyevin Kiyev şəhərində və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın İrpen şəhərində ucaldılmış abidələrini də ziyarət edəcəklər.
Səfər fevralın 11-də başa çatacaqdır.