Azərbaycanın qadın boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 66 kiloqram çəkidə “Paris-2024”ə lisenziya uğrunda mübarizə aparan yığma üzvü 1/32 final mərhələsində Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan kənarlaşdırıb. Şəhla Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə (İspaniya) qarşılaşacaq. Görüş martın 8-də olacaq.
Şəhlayadək Nicat Hüseynov (51 kiloqram), Ümid Rüstəmov (57 kiloqram), Tayfur Əliyev (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da mərhələ adlayıb.
Qeyd edək ki, martın 11-də yekun vurulacaq lisenziya turnirinə Azərbaycan yığması 9 boksçu ilə yollanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]