Azərbaycanın qrup komandası Qran-Pri yarışlarının gümüş medalını qazanıb
Bakı, 1 aprel, AZƏRTAC
Fransanın Tiye şəhərində bədii gimnastika üzrə ənənəvi Qran-Pri yarışlarının final mərhələləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qrup hərəkətləri komandası turnirdə gümüş medala sahib olub. Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovanın “Çəhrayı pantera” musiqisinin sədaları altında 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya 23,950 xalla dəyərləndirilib. Bununla da qızlarımız fəxri kürsünün ikinci pilləsinə yüksəliblər. Turnirin qızıl medalına Ukrayna, bürünc medalına isə Rusiya komandası layiq görülüb.
Qrup komandamız çoxnövçülük yarışında 13 komanda arasında beşinci yerdə qərarlaşıb.
Yarışda fərdi çıxışları ilə ölkəmizi təmsil edən Zöhrə Ağamirova isə dörd alət üzrə çıxışlarının ümumi nəticələrinə əsasən 15-ci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]