Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın şanlı tarix yazan Silahlı Qüvvələri - ŞƏRH

Azərbaycanın şanlı tarix yazan Silahlı Qüvvələri - ŞƏRH

Bakı, 25 iyun, AZƏRTAC

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan üçün qarşıda duran ən mühüm vəzifələrdən biri milli ordunun yenidən qurulması oldu. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış ilk nizami hərbi birləşmələrin varisi kimi Azərbaycan Silahlı Qüvvələri rəsmi şəkildə təsis edildi. Məhz Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirildi və bu tarix dövlətin hərbi qüdrətinin rəmzinə çevrildi. Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin formalaşdırılmasına və inkişafına sistemli yanaşaraq, ordunun strukturlaşdırılması, peşəkar kadr potensialının gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirdi. Bu yanaşma da müstəqil Azərbaycanın milli təhlükəsizlik strategiyasının əsas sütunlarından birinə çevrildi. Ulu Öndərin müəyyənləşdirdiyi strateji kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə isə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Dövlət başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi və hərbi sənayenin formalaşdırılması Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Prezident İlham Əliyev bu barədə deyirdi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Onun sözlərinə görə, ordu quruculuğu sahəsində həyata keçirilən son dərəcə uğurlu siyasət 2020-ci il sentyabrın 27-də başlanan, 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə ilə bir daha təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüşlərdə bir addım belə geri çəkilmədən düşmənə sarsıdıcı zərbə vurdu. 44 gün ərzində 5 şəhər, 300-dən çox qəsəbə və kənd işğaldan azad olundu. Bu nəticə Azərbaycanın hərbi gücünün və diplomatik iradəsinin təntənəsi idi. Müharibədə qazanılmış Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin misilsiz rəşadəti sayəsində mümkün oldu. Bu qələbələr nəticəsində erməni silahlı birləşmələri diz çökdü və Azərbaycanın suverenliyi tam bərpa olundu, konstitusiya quruluşu bütün ərazilərdə təmin edildi. Prezident İlham Əliyevin həmin tarixi Zəfərə dair söylədiyi fikirlər bu hadisənin əhəmiyyətini açıq şəkildə ifadə edir: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar”.

Z.Şükürov bildirib ki, Azərbaycan bu gün təkcə iqtisadi deyil, hərbi baxımdan da regionun aparıcı dövlətlərindən biridir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, xalqın orduya inamı və əsgərlərimizin rəşadəti sayəsində Azərbaycan “güclü dövlət-güclü ordu” nümunəsini dünyaya nümayiş etdirdi.

“Bu gün gənc nəsil Silahlı Qüvvələrə böyük rəğbətlə yanaşır. Ordu sıralarında xidmət etmək Azərbaycan gəncliyi üçün şərəfli vəzifə sayılır. Dövlətin apardığı vətənpərvərlik siyasəti, gənclərin hərbi təhsilə cəlbi və orduya marağın artması gələcəyin də etibarlı əllərdə olduğunu göstərir. Gənclərimiz Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından örnək götürür, dövlətçiliyin qorunmasında öz məsuliyyətini dərk edir.

Ölkəmizin yerləşdiyi mürəkkəb geosiyasi mühit, coğrafiya və regional təhlükəsizlik çağırışları səmərəli beynəlxalq hərbi əməkdaşlığın zəruriliyini önə çəkir. Bu baxımdan, Azərbaycan ilə qardaş Türkiyə arasındakı hərbi əməkdaşlıq xüsusi yer tutur və hazırda hərbi təlimlər, təcrübə mübadiləsi, birgə əməliyyatların planlaşdırılması, personal hazırlığı sahəsində geniş əməkdaşlıq formatı mövcuddur. 2021-ci ildə iki qardaş ölkə arasında “Şuşa Bəyannaməsi”nin imzalanması ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlər yeni mərhələyə qədəm qoyaraq hüquqi baxımdan daha da möhkəmlənmişdir.

Yeni dünya düzəninin formalaşdığı bir dönəmdə, silahlı münaqişələr, qlobal və regional geosiyasi qarşıdurmalar və çağırışlar fonunda, xüsusilə Yaxın Şərq və Şərqi Avropada davam edən müharibələr fonunda Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq, eyni zamanda, regionda sülhü və sabitliyi təmin etmək istiqamətində atdığı addımlar, həqiqətən, qürur doğurur. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, ardıcıl və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq aləmdə mövqelərini gücləndirmiş, həm regional, həm də qlobal təhlükəsizlik arxitekturasında rolunu artırmışdır. Prezidentin rəhbərliyi ilə yürüdülən uğurlu diplomatik və hərbi-siyasi fəaliyyət nəticəsində Azərbaycan nəinki öz hərbi gücü ilə torpaqlarını azad etmiş, həm də ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün təşəbbüskar ölkə kimi çıxış etmişdir”,- deyə o əlavə edib.

Zaur Şükürov qeyd edib ki, Azərbaycanın sülh təşəbbüsləri, xüsusilə postmüharibə dövründə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipi əsasında irəli sürülən sülh təşəbbüsü regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan qalib ölkə olaraq regionda davamlı sülhün tərəfdarıdır və revanşizmin qarşısını almaq üçün qətiyyətli siyasət yürüdür.

“Bütün bu uğurların təməlində güclü ordu ilə yanaşı, güclü dövlət idarəçiliyi, siyasi iradə və xalq-iqtidar birliyi dayanır. Azərbaycanın Silahlı Qüvvələri bu gün yalnız ölkə daxilində deyil, eyni zamanda, beynəlxalq sülhməramlı missiyalarda da uğurla iştirak etmişdir. Bu fakt Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricisidir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri təkcə hərbi güc simvolu deyil, eyni zamanda, müstəqil dövlətçiliyin, suverenliyin və milli birliyin təcəssümüdür. Ordunun inkişafı və qüdrətlənməsi prosesində aparılan hərtərəfli islahatlar, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şəhid və qazilərimizin ailələrinə göstərilən yüksək diqqət də Azərbaycan dövlətinin sosial ədalətə və insani dəyərlərə verdiyi önəmin göstəricisidir”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah bəzi yerlərdə yağış yağacaq

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə yaxın qohumlarını axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ