Azərbaycanın təhsil naziri Gürcüstanın aparıcı ali təhsil müəssisələrində olub
Tbilisi, 6 dekabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisiyə səfər çərçivəsində Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetində olub.
AZƏRTAC xəbər verir ki, nazir Emin Əmrullayev sözügedən universitetlərin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, eyni zamanda ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi