Azərbaycanın U-17 millisi “Prezident kuboku” turnirində iştirak edəcək
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 20-dən avqustun 6-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hazırlıq prosesindən sonra yığmamız avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.
Yığmamız ilə yanaşı, turnirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, Rusiya və Albaniya yığmaları, həmçinin Braziliyanın “Kruzeyro” klubunun Qazaxıstandakı akademiyasının komandası mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]