Azərbaycanın U-19 millisi özbəkistanlı həmyaşıdlarına qalib gəlib
Bakı, 16 iyul, AZƏRTAC
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da Özbəkistanın U-19 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Manə Mollayeva və Kristina Bakarandze vurublar.
İyulun 17-də “Dalğa Arena”da bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.