MƏDƏNİYYƏT
Azərbaycanın Xalq rəssamı yeni əsərini təqdim edib
Berlin, 7 aprel, AZƏRTAC
Azərbaycan mədəniyyət xadimləri də koronavirus epidemiyasına laqeyd qalmayıblar. Bütün bəşəriyyətin üzləşdiyi bu təhlükəyə birinci olaraq münasibət bildirənlərdən biri də Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov olub.
AZƏRTAC xəbər verir ki, rəssamın son əsəri dünya miqyaslı bu faciəyə həsr edilib. Müəllifin bu əsərində Yer kürəsinə qoruyucu maska geyindirmiş yarasa təsvir olunub. Əşrəf Heybətov bəşəriyyətin qarşılaşdığı bu problemi rənglərin dili ilə məhz belə metaforik bədii formada əks etdirib.
Xatırladaq ki, Almaniyada yaşayan Əşrəf Heybətov dünyada tanınmış rəssamdır, Avropanın bir çox ölkələrində, həmçinin BMT-nin, Avropa Şurasının qərargahlarında və Vatikanda onun əsərlərinin sərgiləri keçirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]