Azərbaycanın xarici işlər naziri Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Moskva, 16 noyabr, AZƏRTAC
Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva