AZƏRBAYCANIN YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ YIĞMA KOMANDASI QARŞIDAKI YARIŞLARA HAZIRLAŞIR
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mətləb Abdullayev AZƏRTAC-a bildirmişdir ki, yunan-Roma güləşi üzrə yığma komandamızın tərkibində yer alan idmançılar arasında heç bir fikir ayrılığı yoxdur. Hazırda idmançılar yığmanın tərkibində Bakıda qarşıdakı yarışlara hazırlaşırlar.
Yunan-Roma güləşi üzrə yığmanın ciddi təlim-məşqlər keçdiyini söyləyən federasiya təmsilçisi vurğulamışdır ki, dekabrda Bakıda yunan-Roma, sərbəst və qadın güləşi üzrə ölkə birinciliyinə start veriləcəkdir.
Bu yarışda iştirak edəcək idmançılarımızın sırasında Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), İlqar Badulov (74 kq) və digər idmançılar yer almışlar. Olimpiya və dünya çempionu Fərid Mansurov (66 kq) isə zədəli olduğundan təlimlərdə iştirak edə bilmir.
Bildirilmişdir ki, 2009-cu ilin yanvarında Rusiyada və oktyabrda Türkiyədə keçiriləcək yunan-Roma, sərbəst və qadın güləşi üzrə beynəlxalq turnirlərdə də bu adı çəkilən idmançıların iştirakı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]