Azərbaycanla Belarusun ticarət dövriyyəsi 176 milyon dollara çatır
Minsk, 17 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxın olub.
Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-may aylarında Belarusdan Azərbaycana ixracın dəyəri 50,6 milyon dollar, ölkəmizdən Belarusa isə 125,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]