Azərbaycanlı botaniklərin Qarabağa həsr olunmuş iki əsəri nüfuzlu kitabda nəşr olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun alimlərinin iki elmi əsəri “Apple Academic Press” nəşriyyatında çapdan çıxmış irihəcmli “Ethnic Knowledge and Perspectives of Medicinal Plants” kitabında ayrıca fəsillər şəklində yer alıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktorları tanınmış alimlər Münir Öztürk, Kandikre Ramaiah Sridhar, Maryam Sarvat, Volkan Altay, Fransisco Martin Huerta-Martinezdir.
Kitab əsasən Qarabağ bölgəsinin florasında yabanı dərman və qida bitkilərinin etnik istifadəsinə həsr edilmiş tədqiqatlardan bəhs edir.
Nəşrin “Traditional Herbal Treatments in Karabakh-Azerbaijan” (I cild, 79-141 s.) adlı fəsli professor Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktoru Aytən Əsgərova, Afiq Məmmədov, Əsmər Hüseynova və akademik İradə Hüseynovanın həmmüəllifliyi ilə, “Nutritional Herbs from Karabakh, Azerbaijan” (II cild, 70-101) adlı fəsli isə professor Eldar Novruzov, biologiya elmləri doktoru Lətafət Mustafayeva, biologiya üzrə fəlsəfə doktoru Aydan Zeynalovanın həmmüəllifliyi ilə tərtib edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]
“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]