Azərbaycanlı deputatın təşəbbüsü ilə AŞPA komitələrinin birgə iclası keçirilib
Strasburq, 23 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Assambleyanın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər və Bərabərlik və qeyri-ayrı-seçkilik komitələrinin birgə iclası keçirilib.
AŞPA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi qismində S.Qafarovanın əsas məqsədi bir çox Avropa ölkələrində qaçqın və miqrant qadınların üzləşdiyi ayrı-seçkiliyin, onlara qarşı yolverilməz aktların qarşısının alınmasının vacibliyinə diqqət çəkmək olub.
Azərbaycanlı deputatın təşəbbüsü ilə keçirilən iclasda AŞPA üzvləri ilə bərabər bir çox ekspertlər, eləcə də BMT-nin eksperti iştirak edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]