AZƏRBAYCANLI HƏKİM NADİR CƏRRAHİYYƏ ƏMƏLİYYATI APARMIŞDIR
Aorta tac damarının şuntlanması əməliyyatının ümumi metodikasına görə, adətən, 3-4 arteriya dəyişdirilir, 7 arteriyanın şuntlanmasına gəldikdə isə, bu, dünya cərrahiyyə təcrübəsində çox nadir hadisədir.
Kamran Musayev demişdir ki, həqiqətən, nadir cərrahiyyə əməliyyatının uğurla keçirilməsi bütün üzvləri Azərbaycan vətəndaşları olan cərrahiyyə briqadasının sahmanlı işi və Mərkəzi Klinik Xəstəxananın ən müasir tibbi avadanlıqla təchiz edilməsi sayəsində mümkün olmuşdur.
Bu müasir tibb müəssisəsinin yaradılmasında ümummilli liderimiz Prezident Heydər Əliyevin müstəsna rolu olmuşdur. Xəstəxana açıldığı gündən burada 400-dən artıq ürək-damar cərrahiyyə əməliyyatı, o cümlədən 200-dən çox tac damarın şuntlanması əməliyyatı aparılmışdır.