Azərbaycanlı məşqçi Yaponiyada diplomla təltif olunub
Bakı, 16 dekabr, AZƏRTAC
Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib.
AZƏRTAC xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər.
Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.
Seminarda ölkəmizi cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi Zaur Babayev təmsil edib. Məşqçimizə Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu verilib.
Z.Babayevə diplomu Yaponiya Cüdo Federasiyasının prezidenti Yamaşita Yasuhiro təqdim edib.
Təmsilçimiz öz növbəsində mötəbər tədbirdə iştirak etdiyi üçün federasiyaya təşəkkürünü bildirib:
Z.Babayev deyib: “Mənə bu şəraiti yaratmaqda, ölkəmizə ilk dəfə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]