AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏR QARS-TBİLİSİ DƏMİR YOLUNUN LAYİHƏLƏŞDİRİLMƏSİNƏ CƏLB OLUNACAQLAR
Nəqliyyat Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu yaxınlarda Türkiyənin nəqliyyat və rabitə naziri Binəli Yıldırım Bakıda səfərdə olarkən Qars-Tbilisi dəmir yolunun çəkilməsi ilə bağlı danışıqlar aparılmışdır. Marşrutun texniki və iqtisadi cəhətdən əsaslandırılması və layihələşdirilməsi geniş müzakirə edilmiş, azərbaycanlı mütəxəssislərin bu işə cəlb olunmasının vacibliyi vurğulanmışdır. Azərbaycan tərəfi mütəxəssislərdən ibarət işçi qrup yaradıb layihənin reallaşmasına kömək edəcəkdir.
Hesablamalara görə, Qars-Tbilisi dəmir yolunun çəkilişinə 400 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur.