SİYASƏT
Azərbaycanlı politoloq “Debütlər Birliyi” mükafatına layiq görülüb
![](/files/galleryphoto/2021/3/1200x630/16401111352422634767_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16401111355513733854_1200x630.jpg)
Bakı, 21 dekabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyi (MDB) və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təsis edilmiş “Birliyin ulduzları” və “Debütlər Birliyi” mükafatının dekabrın 21-də təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, təsis edilən mükafat üzrə hər 10 ölkədən bir qalib müəyyənləşib.
Tədbirin əvvəlində MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov çıxış ediblər.
Mərasimdə laureatlar təbrik edilib və onlara uğurlar arzulanıb.
Sonra çıxış edən mükafatçılar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Bu dəfə "Debütlər Birliyi" mükafatına Azərbaycandan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov layiq görülüb.
O, çıxışı zamanı mövzunun Azərbaycan üçün çox vacib olduğunu, son 30 il ərzində ölkəmizin bölgədə ksenofobiya və faşizmə qarşı mübarizə apardığını dilə gətirib, MDB xalqlarını birləşdirən ümumi dəyərlərə toxunaraq faşizm və irqi ayrı-seçkiliklə mübarizənin vacibliyini diqqətə çatdırıb.