AZERCELL-İN ƏHATƏ DAİRƏSİ GENİŞLƏNİR
Azercell Telekom Birgə Müəssisəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda operatorun əhatə dairəsinə ölkə ərazisinin 71, əhalinin isə 96 faizi daxildir. Bu gün Naxçıvan, Gəncə, Quba, Şəki, Masallı və Azərbaycanın digər şəhərlərində Azercell Telekom-un filialları fəaliyyət göstərir. Bakı Metropoliteninin bütün stansiyaları da onun əhatə dairəsindədir.