AZERCELL MOBİL RABİTƏNİN İNKİŞAFINA YEDDİ İLDƏ 240 MİLYON DOLLARA YAXIN VƏSAİT QOYMUŞDUR
Azercell Telekom Birgə Müəssisəsi Azərbaycanda şanvari rabitənin inkişafına yüksək məbləğdə sərmayə qoymuş və bu sahədə ən müasir texnologiyaların tətbiq edilməsinə çalışmışdır. Təkcə 2003-cü ildə Azercell-in yatırdığı sərmayənin həcmi 30 milyon ABŞ dollarından artıq olmuşdur.
Birgə Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fəaliyyət göstərdiyi yeddi il ərzində Azercell respublika iqtisadiyyatına sərmayə kimi, bütövlükdə 240 milyon dollara yaxın vəsait sərf etmişdir.