AZERCELL YENİ SİM-SİM ABONENTLƏRİ ÜÇÜN DAHA BİR HƏDİYYƏ KAMPANİYASINA BAŞLAMIŞDIR
Azercell Telecom Birgə Müəssisəsi yeni Sim-Sim nömrəsi alan abonentlər üçün daha bir hədiyyə kampaniyası keçirir.
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il dekabrın 1-dən 2005-ci il yanvarın 31-dək yeni Sim-Sim nömrəsi alan hər bir abonent bir il müddətində GizlətCell xidmətindən pulsuz istifadə imkanı qazanacaqdır. Abonentlər telefonlarına ilk danışıq kartı yüklədikdən sonra, növbəti gün ərzində GizlətCell xidmətinə qoşulacaq və bu barədə onlara qısa mesaj göndəriləcəkdir.
Öncədən yüklənmiş konturlarla Sim-Sim nömrəsi alan yeni abonentlər də kampaniyadan yararlana bilərlər. Bunun üçün onlar dekabrın 5-dən 31-dək 1001 nömrəsinə ilk dəfə zəng vurub dil seçimi etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]