“AZƏRDƏMİRYOLBANK” ŞƏKİDƏ İŞ ADAMLARI İLƏ GÖRÜŞ KEÇİRMİŞDİR
Şəhər Telekommunikasiya Qovşağının akt zalında keçirilən görüşdə “Almaniya-Azərbaycan Fondu”nun nümayəndəsi bildirmişdir ki, hazırda fondun hesabında 3 milyon ABŞ dolları məbləğində vəsait vardır. Bu vəsaitin güzəştli şərtlərlə - aylıq dərəcəsi 1,5 - 3 faiz olmaqla, bir-iki il müddətinə iş adamlarına kreditə verilməsi nəzərdə tutulmuşdur. Tədbirin təşkilatçıları yerli iş adamlarına bu kreditlərdən yararlanmağı tövsiyə etmişlər.
Görüşün sonunda 2 nəfər yerli iş adamı ilə kredit müqaviləsi imzalanmışdır.