“AzərEnerji”nin əməkdaşları üçün partlayıcı sursatların təhlükəsinə dair təlim keçirilib
Bakı, 19 avqust, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən maarifləndirmə təlimləri davam edir.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, növbəti təlim “AzərEnerji” ASC-nin müraciəti əsasında Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən qurumun nümayəndələri üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə mövzusunda təlimçilərin təlimi proqramı keçirilib.
Təlimin başlıca məqsədi iştirak edən nümayəndələrin əldə etdikləri məlumatları işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müvafiq qurum və müəssisələrin əməkdaşlarına proqram çərçivəsində maarifləndirmə biliklərinin ötürülməsindən ibarətdir.