“Azəriqaz” müştəri xidmətləri sahəsində daha bir dəyişiklik edib
Bakı, 13 aprel, AZƏRTAC
Ölkədə koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi dövründə “Azəriqaz” İstehsalat Birliyi müştəri xidmətləri sahəsində daha bir dəyişiklik edib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, artıq Qaradağ rayonunun Sahil, Ələt, Lökbatan, Səngəçal, Puta, Ümid, Qobustan kimi böyük qəsəbələri və digər yaşayış massivlərindən abonentlərin müştəri xidmətləri ilə bağlı Bakı şəhərinə - 1 saylı “ASAN Kommunal” mərkəzinə və Abşeron Xidmət Sahəsinə gəlməsinə ehtiyac qalmayacaq. Məsafənin uzun olması, karantin rejimində insan sıxlığının və təmasının azaldılması məqsədilə Qaradağ Xidmət Sahəsində (Lökbatan qəsəbəsi, Bünyadzadə küç.21 a. 106 saylı orta məktəbin yaxınlığında) bu rayonun sakinləri üçün lazımi xidmətlər icra olunacaq. Həftənin 6 günü səhər saat 10:00-dan saat 15:00-dək yeni kartların verilməsi, itirilmiş və ya zədələnmiş kartların əvəzlənməsi, koda düşmüş əməliyyatların bərpası və sair digər zəruri əməliyyatlarla bağlı abonentlərə xidmət göstəriləcək. Xidmətləri “Azəriqaz”ın Bakı Regional qazın satışı departamentinin “ASAN Kommunal” mərkəzlərində çalışan müştəri xidmətləri şöbəsinin əməkdaşları həyata keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]