İQTİSADİYYAT
“Azərpoçt” növbəti kiberdələduzluq faktı ilə bağlı əhaliyə xəbərdarlıq edib
Bakı, 26 dekabr, AZƏRTAC
Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Bu dəfə vətəndaşlara göndərilən mesajlarda bağlamanın əldə olunması üçün 1 AZN ödəniş tələb olunur və saxta link əlavə edilir.
“Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, mesajın inandırıcı olması üçün isə sonluğa - “Azərpoçt” MMC BÜTÜN HÜQUQLAR QORUNUR” yazısı əlavə edilib.
““Azərpoçt” olaraq bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, qurum heç bir halda vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında link göndərmir. Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:27]
® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb
- 21.05.2024 [19:14]
İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq
- 21.05.2024 [18:52]
Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib
- 21.05.2024 [17:50]
Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq
- 21.05.2024 [16:49]