“AZERSUN HOLDİNG” YENİ KAMPANİYAYA BAŞLADI
Kampaniya üç mərhələdə (20 iyun-20 iyul, 20 iyul-20 avqust və 20 avqust-20 sentyabr) keçiriləcək və ən orijinal məktubların sahiblərinə 100 ədəd “Pasha” çay dəsti, ən səmimi məktubun xoşbəxt sahibinə isə Antalyaya 1 ədəd ikinəfərlik səyahət bileti təqdim ediləcəkdir.
Hər mərhələnin sonunda qaliblər televiziya kanallarının və qəzetlərin birində elan olunacaqdır. Müddətdən asılı olmayaraq, ilk 3000 məktub sahibinə “Pasha” köynəyi hədiyyə ediləcəkdir.