AZƏRTAC Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisində təmsil olunur
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) keçirilir.
Beynəlxalq tədbirdə AZƏRTAC da media dəstəyi verərək öz stendi ilə təmsil olunur. Burada iştirakçılara konfrans barəsində dərc olunan materiallar, reportaj və müsahibələr təqdim edilir.
Stenddə AZƏRTAC-ın fəaliyyətini əks etdirən fotolar ingilis və rus dillərində hazırlanmış broşürlər nümayiş olunur, qonaqlara 1920-ci ildən fəaliyyət göstərən agentliyin tarixi və bu günü haqqında məlumat verilir. Stendi ziyarət edən qonaqlara AZƏRTAC-ın loqosu əks olunan hədiyyələr təqdim edilir.
Qonaqlar AZƏRTAC-ın iş prinsipi ilə maraqlanır, onun böyük tarixi inkişaf yolu keçdiyini qeyd edirlər.