Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərxalça” yaxın gələcəkdə rentabelli, ölkəmizə ciddi valyuta gətirən böyük bir quruma çevriləcək

Bakı, 5 mart, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov AZƏRTAC-a geniş müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

-Vidadi müəllim, söhbətimizə Azərbaycan xalçaçılıq tarixindən başlayaq.

-Xalça Azərbaycanın kimliyidir. Azərbaycan xalçası Azərbaycan xalqı qədər qədimdir. Heç bir azərbaycanlı ailəsinin evini, məişətini xalçasız təsəvvür etmək mümkün deyil. Bizim üçün xalça həmişə müqəddəs olub. Uşaqlarımız xalçanın üstündə doğulub, insan dünyasını dəyişəndə onu qəbir evinə xalça arasında aparıblar. İlk vaxtlar xalça evdə sadəcə bir məişət əşyası olub. Azərbaycan türkünün əl əməyinin məhsulu olan xalça sonralar xalqımız tərəfindən təkmilləşdirilərək sənət səviyyəsinə yüksəldilib və müqəddəsləşdirilib. Azərbaycan xalçaları 9 qrupda təsnifləndirilib. Bu, ölkəmizin başçısının xalçaçılığın inkişafı ilə bağlı qəbul etdiyi Dövlət Proqramında da öz əksini tapıb.

-Son illər xalçaçılığın inkişafı ilə bağlı xeyli iş görülüb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, onun filialları fəaliyyətə başlayıb, Dövlət Proqramı qəbul olunub. Azərbaycanın hədəfi nədir? Bu sahəyə niyə bu qədər diqqət ayrılır?

-Evdə olan bütün əşyalar zamanla öz əhəmiyyətini itirəndir, təkcə xalçadan başqa. İnsanla sona qədər yol gedən yenə xalçadır. Nəsillər dəyişir, ancaq xalça qalır. Xalçada bizim tariximiz yaşayır. Hər xalça toxunduğu dövrdə insanların həyat tərzi, duyğu və düşüncələri barədə müəyyən informasiyalar verir. Xalqımız gördüyünü, bildiyini, yaşadığı dövrün tarixini xalçalara köçürüb. Odur ki, xalça xalqımızın milli dəyəri səviyyəsinə yüksəlib. Bundan başqa, xalça həmişə ixrac məhsulu olub, ölkəyə gəlir gətirib. Xalça həm də bütün dünyada Azərbaycanın təbliğat vasitəsinə çevrilib. Bu mənada, Azərbaycanda xalçaçılığın inkişafına göstərilən dövlət qayğısı təsadüfi deyil. Ulu öndərimiz Heydər Əliyev tərəfindən bu sahədə müəyyənləşdirilmiş strateji kurs Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Prezident İlham Əliyevin dəstəyi ilə Mehriban xanım Əliyevanın milli dəyərlərimizdən biri olan Azərbaycan xalça sənətinin yenidən dirçəldilməsi sahəsində həyata keçirdiyi tədbirlər milli irsimizə sahib çıxmağın, onu yaşatmağın, tarixi yaddaşı bərpa etməyin analoqu olmayan nümunəsidir. Məhz Mehriban xanımın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

Azərbaycanda xalçaçılıq sənətinin yaşadılmasının və onun ölkə iqtisadiyyatındakı rolunun əhəmiyyətini dərindən təhlil edən Prezident İlham Əliyev 2016-cı il mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

Həmin ildən respublikamızın regionlarında “Azərxalça”nın filiallarının yaradılmasına başlanılıb. Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. 2017-ci ildə isə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb.

Dövlət başçısı “Azərxalça”nın ilk filialının açılış mərasimində iştirak etməklə, bu sahəyə nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını göstərdi. Yeri gəlmişkən, qeyd edim ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva indiyədək “Azərxalça”nın Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdam filiallarının açılış mərasimlərində iştirak ediblər.

Xalçaçılığın inkişafı istiqamətində görülən işlər 2018-ci ildə də davam etdirilib. Dövlət başçısının müvafiq Sərəncamlarına uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan və Lənkəran şəhərlərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binaları tikilib. Ötən ilin sonundan artıq həmin filiallarda xalça toxunur.

Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda Səhmdar Cəmiyyətin filiallarında 1600 nəfərdən çox toxucu çalışır.

Ötən il avqustun 25-də İsmayıllı filialının açılış mərasimində toxucuların xahişini nəzərə alan Prezident bu rayonda yeni emalatxana binasının tikilməsi haqqında Sərəncam imzalayıb. Ölkə rəhbərinin 2018-ci il avqustun 27-də imzaladığı Sərəncamla İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait ayrılıb. “Azərxalça”nın İsmayıllı şəhərində yaradılan ikinci filialının tikintisi sürətlə davam etdirilir. Filialın bu ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

-İndiyə qədər “Azərxalça”nın filiallarında neçə kvadratmetr xalça toxunub? Ümumiyyətlə, xalça emalatxanalarının istehsal gücü nə qədərdir?

-Səhmdar Cəmiyyətin filiallarında bu günə qədər 2010 ədəd, 6863 kvadratmetr xalça toxunub. Filialların kadr potensialı tam formalaşdırıldıqdan sonra hər emalatxanada ay ərzində 250, ildə 3000 kvadratmetr xalça toxunması nəzərdə tutulub. “Azərxalça”nın 31 filialının yaradılacağını nəzərə alsaq, bu da o deməkdir ki, il ərzində Səhmdar Cəmiyyətin filiallarında 93 min kvadratmetr xalça toxunacaq. Bu, çox ciddi rəqəmdir. Xalça satışı ilə bağlı qarşımıza qoyulan vəzifələrin icrası istiqamətində mühüm tədbirlər həyata keçiririk. Görülən işlər onu deməyə əsas verir ki, “Azərxalça” yaxın gələcəkdə rentabelli, ölkəmizə ciddi valyuta gətirən böyük bir quruma çevriləcək.

-“Azərxalça”nın məhsullarının beynəlxalq bazara çıxarılması istiqamətində hansı işlər görülüb?

-Xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə əlaqələrimizi genişləndiririk. Biz məhsullarımızı 2017-2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satışı sərgisində, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Rug Shov-da, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə təqdim etmişik. Bu tədbirlər Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu göstərdi. Artıq Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Rusiyanın və Avropa ölkələrinin bir sıra böyük xalça şirkətləri ilə danışıqlar aparılıb. İsveçin Stokholm şəhərində isə Azərbaycan xalçalarının satışı mağazası fəaliyyətə başlayıb. Bu, xaricdə açılan ilk mağazadır. İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət etmişdi. Təklif dəyərləndirildi, həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribüteri olmasına razılıq verildi. Stokholmda açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlif ölçülü 15 xalça satışa çıxarılıb.

Qeyd edim ki, həmin şirkətin sahibi İsveçdə yaşayan bir həmyerlimizdir. Biz belə mağazaların açılmasında maraqlıyıq. AZƏRTAC-ın geniş imkanlarından istifadə edərək xaricdə yaşayan və sahibkarlıqla məşğul olan həmyerlilərimizə səslənirəm. Biz Azərbaycan xalçalarının xarici bazarlara çıxarılması üçün həmyerlilərimizə hər cür dəstək verməyə hazırıq. Burda bizim həm biznes, həm də milli maraqlarımız vardır. Biznes tərəfi aydındır. Milli marağımız isə ondan ibarətdir ki, heç bir millətin nümayəndəsi Azərbaycan xalçasını azərbaycanlılar qədər sevə və təbliğ edə bilməz.

- “Azərxalça”nın məhsulları dünya bazarına “Azərbaycan brendi” kimi ixrac olunur. Azərbaycan xalçasının brend məhsul kimi möhkəmləndirilməsi sahəsində hansı addımlar atılır?

Azərbaycan xalçası tarixən dünya bazarında brend məhsul kimi satılıb. Bu gün dünyanın bir çox nüfuzlu muzeylərində və şəxsi qalereyalarında saxlanılan Azərbaycan xalçaları onların tarixən brend məhsullar kimi alındığını və çox dəyərli olduğunu sübuta yetirən faktlardandır.

Müasir Azərbaycan dövləti tarixi ənənəni bərpa edərək əl üsulu ilə, milli naxışlarla toxunan xalçaların şöhrətini özünə qaytarmaq, onu yenidən beynəlxalq brendə çevirmək üçün mühüm tədbirlər həyata keçirib. Bu istiqamətdə görülən işlər uğurla davam etdirilir. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

Dövlət Proqramında qeyd olunduğu kimi, xalçaçılıq işinin inkişafını dəstəkləyən ölkələr, əsasən, xalçaçılıq sahəsində ölkə brendlərinin yaradılmasına və xarici bazarlarda təşviq edilməsinə xüsusi əhəmiyyət verirlər. Bu isə həmin ölkələrdə xalça istehsalının rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. "Azerbaijan carpet" ("Azərbaycan xalçası") ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması Azərbaycan xalçalarının başqa ölkə brendləri adı altında satılmasının qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir.

"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə mühüm işlər həyata keçirmişik. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan brendi" adı ilə satılır.

Prezidentin tapşırıqlarına uyğun olaraq, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan xalçası" brendinin dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Bunun üçün reklam, təbliğat və marketinq işi aparılır. Azərbaycan xalçalarının təbliğatı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu "Halı" və "Carpet XL" jurnalları ilə əməkdaşlıq edilir. Bu jurnalların hər nömrəsində Azərbaycan xalçaları reklam olunur. Daha çox biznes sektorunda yayılan bu jurnallarda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır. Çünki saylarında klassik xovlu və xovsuz xalçalara, modern xalçalara geniş yer verən bu jurnalların əsas oxucuları xalçaçılıq üzrə aparıcı şirkətlərin rəhbərləri, pərakəndə satış sektorunun nümayəndələri, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən xalça satışı mərkəzlərinin, mağazalarının təmsilçiləridir.

Azərbaycan xalçalarının milli brend kimi təbliğatında sosial şəbəkələrin imkanlarından da istifadə olunur.

- Biz bilirik ki, filiallar fəaliyyətə başlamamışdan əvvəl tədris-hazırlıq kursları təşkil edirsiniz. İndiyə kimi nə qədər toxucu hazırlamısınız?

-Xalça istehsalı emalatxanalarını yaratmaq işin bir tərəfidir. Digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Toxucu kadrların hazırlanması üçün "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir. Bu kurslara indiyədək 2 min nəfərdən çox toxucu cəlb olunub.

2016-2017-ci illərdə yaradılan filialların fəaliyyətinin təmin edilməsi məqsədilə Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax və Ağdam rayonlarında tədris-hazırlıq kursları təşkil olunub. Həmin kursları bitirən 1000-ə yaxın toxucuya sertifikat verilib, onlar "Azərxalça"nın filiallarında işlə təmin ediliblər.

"Azərxalça"nın 2018-ci ildə yaradılan daha 10 filialında çalışan toxucular da tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Builki kurslara da 1000 nəfərdən çox toxucu cəlb edilib.

Yaxşı haldır ki, kurslara cəlb edilən toxucuların əksəriyyəti gənclərdir. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır.

-Qeyd etdiniz ki, 20 filial artıq fəaliyyət göstərir. Bu filialların xammalla təmin olunması istiqamətində də işlər görülür. Səhmdar Cəmiyyətin filiallarında nə vaxt yerli xammaldan xalça toxunacaq? Bu, xalçanın maya dəyərinə təsir edəcəkmi?

-Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılmasıdır. Bu məqsədlə respublikanın yun və boyaq bitkiləri ehtiyatları öyrənilib, Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabrikinin tikintisinə başlanılıb. Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqla təchiz ediləcək fabrik son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. İpliklər sifarişə uyğun olaraq, təbii və kimyəvi boyaqlarla boyanaraq satışa çıxarılacaqdır. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, bundan başqa ölkəmizin digər sənaye müəssisələrinin, özəl xalça emalatxanalarının yun iplik tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.

Yunəyirici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bu məntəqələr lazımi texniki avadanlıqla və yük maşınları ilə təmin ediləcək. Tədarük məntəqələrində il ərzində respublikamızın bütün bölgələrindən 1500 ton yun qəbul olunacaqdır.

Sumqayıt Kimya Sənaye Parkında inşası sürətlə davam etdirilən Yunəyirici-Boyaq Fabrikinin bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu da o deməkdir ki, 2020-ci ildən bizim xalça istehsalı emalatxanalarımız yerli xammaldan istifadə edərək xalça toxuyacaqlar. Əlbəttə ki, yerli xammaldan istifadə xalçanın istehsalında maya dəyərini aşağı salacaq. Bu da imkan verəcək ki, biz istehsal etdiyimiz xalçanı daha aşağı qiymətə təklif edə bilək.

- “Azərxalça” yun tədarükü zamanı nələrə diqqət yetirəcək? Yun qəbulu üçün hansısa standart müəyyənləşdirilibmi?

- Siz çox aktual bir məsələyə toxundunuz. Əvvəla onu deyim ki, biz tədarük məntəqələrində yalnız kirli yun qəbul edəcəyik. Əhalidən və təsərrüfatlardan yun tədarük edilərkən xalça toxunması üçün iplik istehsalına yararlı olan yun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr olan yunun qəbulu həyata keçiriləcək. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Onu da deyim ki, iplik istehsalı üçün yararlı olmayan yunun qəbulu zamanı yuxarıda qeyd etdiyim standartlar tətbiq olunmayacaq. "Azərxalça" yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edib. Bu kurslarda tədarükçülərə yun qəbulu prosesi öyrədilir.

- Bu standartları necə müəyyənləşdirmisiniz? Nəyə görə ildə bir dəfə qırxılan və uzunluğu 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcəkdir?

- Bu, bizim tətbiq etdiyimiz standart deyildir. İplik istehsalı üçün yararlı olan yunun tələbi belədir.

-Vidadi müəllim, Səhmdar Cəmiyyət adından yayılan rəsmi məlumatlarda Hazır Xalçaların Emalı Mərkəzinin tikiləcəyi bildirilir. Bu barədə Azərbaycan cəmiyyətində kifayət qədər məlumat yoxdur. Hazır xalçanın emalına ehtiyac varmı? Ümumiyyətlə, hazır xalçanın emalı deyərkən nə nəzərdə tutulur?

-Bəli, bu il Sumqayıt Kimya Sənaye Parkında Cəmiyyətin daha bir əhəmiyyətli obyekti - Hazır Xalçaların Emalı Mərkəzi də inşa ediləcək. Siz çox düzgün qeyd etdiniz ki, hazır xalçanın emalı ilə bağlı insanlarda o qədər də təsəvvür yoxdur. Ancaq dünya təcrübəsi bunu tələb edir. Xalça hanadan kəsildikdən sonra o, emal olunmalıdır. Yəni xalça yuyulmalı, dartılmalı, ütülənməli, beləliklə, satışa hazır vəziyyətə gətirilməlidir. Xalçanın təbii boyalarla boyanmış iplərdən toxunduğu, keyfiyyəti emaldan sonra üzə çıxır. Ona görə də dünya bazarında emaldan keçməmiş xalçanı almırlar. Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək, bizim məhsullarımızın hamısı daxili və xarici bazarda satılacaqdır.

-Deməli, xalça satışının genişləndirilməsi üçün emal prosesi əhəmiyyətli mərhələdir.

-Əlbəttə. Mən deyərdim ki, xalçanın toxunması qədər əhəmiyyətlidir. Azərbaycan xalçası çox keyfiyyətlidir. Ona görə də bizim xalçaların satışı ilə bağlı heç bir problem yoxdur. Sadəcə olaraq, istehsal etdiyimiz məhsulları dünya bazarının tələbləri səviyyəsinə gətirmək lazımdır. Bu da Hazır Xalçaların Emalı Mərkəzinin yaradılmasından və fəaliyyətinin təşkilindən asılıdır.

-“Azərxalça”nın fəaliyyətə başlaması həm də iş yerlərinin yaradılmasına səbəb olub. Səhmdar Cəmiyyətin strukturları tam formalaşdırıldıqdan sonra nə qədər iş yeri yaradılacaq?

-Son illər ölkəmizdə yeni iş yerlərinin açılması istiqamətində görülən mühüm işlərdən biri də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. “Azərxalça”nın fabrik və filiallarının, tədarük məntəqələrinin yaradılması prosesi başa çatdırıldıqdan sonra xalçaçılıq sahəsində 5 mindən çox iş yeri açılacaq ki, bu da ölkəmizin inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

-Maraqlı müsahibə üçün sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur