AZPROMO Özbəkistan Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb
Bakı, 25 fevral, AZƏRTAC
Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Özbəkistan Respublikasının Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin rəhbəri Yusif Abdullayev, Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyinin direktorun müavini vəzifəsini müvəqqəti icra edən Ənvər Ubaydullayev imzalayıblar. Memorandum üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı, o cümlədən investisiya layihələrinin inkişaf etdirilməsi və qarşılıqlı tədarükün təşkilini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]