“AzStarNet” şirkəti əhatə dairəsini genişləndirir
Bakı, 7 may (AZƏRTAC). “AzStarNet” şirkəti Bakı şəhərinin 492, 497 və 437 nömrəli ATS-lərində ADSL avadanlığı quraşdıraraq abunəçilərə genişzolaqlı internet xidmətlərini təqdim etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, xidmətə qoşulmaq üçün abunəçilər şirkətin ofisinə müraciət edə bilərlər. Hazırda internet provayderinin xidmətləri Bakı ilə yanaşı, Sumqayıtı da əhatə edir.