AZTELEKOM İSTEHSALAT BİRLİYİNDƏ HEYDƏR ƏLİYEV MƏKTƏBİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, yanvarın 11-də Yeni Azərbaycan Partiyasının Aztelekom İstehsalat Birliyindəki ilk təşkilatında yaradılmış Heydər Əliyev məktəbinin növbəti məşğələsi keçirilmişdir.
Birliyin baş direktoru Məhəmməd Məmmədov məşğələnin məqsədi və gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. “Heydər Əliyev və Azərbaycanın sosial inkişafı” mövzusunda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə məruzə ilə çıxış etmiş, ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinə, YAP-ı yaratdığı dövrlərə nəzər salmış, ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlardan və bunun nəticəsində əldə olunan sosial inkişafdan danışmışdır. Natiq son dövrdə əhalinin rifahının yaxşılaşdırılmasının, əmək haqlarının artırılmasının, yeni iş yerlərinin yaradılmasının məhz ulu öndərin ideyalarını rəhbər tutaraq həyata keçirilən sosial siyasətin nəticəsi olduğunu vurğulamışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və başqaları məruzə ətrafında çıxışlar etmişlər.
Sonra YAP-a qəbul olunmuş rabitəçilərə üzvlük vəsiqələri təqdim edilmiş, 171 nəfərin üzvlüyə qəbulu məsələsinə baxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]