Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək rayonunun Güznüt kəndində genişmiqyaslı quruculuq işləri aparılıb

Naxçıvan, 3 noyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada quruculuq işləri geniş vüsət alıb. Aparılan tikinti işləri təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə infrastrukturun tamamilə yeniləşməsinə səbəb olub. Bu yeniləşmə son illər Babək rayonunda da uğurla həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 3-də Babək rayonunun Güznüt kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Güznüt kənd məktəbinin binası yenidən qurulub

Muxtar respublikada yüksək elmi potensiala və biliyə malik ixtisaslı kadrların hazırlanması qarşıda duran başlıca vəzifələrdəndir. Artıq muxtar respublikada təhsilin keyfiyyəti və əhatəliliyi əhəmiyyətli dərəcədə artıb, müasir təhsil şəbəkəsi yaradılıb. Babək rayonunun Güznüt kənd tam orta məktəbinin binasında da əsaslı yenidənqurma işləri aparılıb.

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, 324 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompyuter otağı, kitabxana, idman zalı, hərbi kabinet, şahmat sinfi və bufet vardır.

Sinif otaqlarına baxış zamanı qeyd olunub ki, məktəb-valideyn münasibətlərinin düzgün qurulması nəticəsində şagirdlər tədris prosesində çətinlik çəkmir, keçilən dərsləri daha yaxşı mənimsəyirlər. Məktəbin kompyuter otağında internetə çıxışı olan 19 kompyuter qoşulub. Bildirilib ki, informasiya texnologiyalarının inkişafı hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən hesab olunur. Digər bir tərəfdən, informasiya texnologiyalarının təhsildə tətbiqi müasir biliklərə və bacarıqlara yiyələnmiş yeni nəslin formalaşmasına birbaşa təsir göstərir. Ona görə də muxtar respublikanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır.

Məktəbin elektron dərsliklərlə təminatı və elektron lövhəli siniflərin istifadəyə verilməsi dərslərin virtual tədrisinə şərait yaradacaq. Distant tədris mərkəzinə qoşulan məktəbdə muxtar respublikanın digər təhsil ocaqları ilə tədris mübadiləsinin aparılması, eləcə də muzeylərlə əlaqələrin qurulması təmin edilib. Baxış zamanı ümumtəhsil məktəbləri ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi arasında “Naxçıvan xanlığı” mövzusunda dərs nümayiş olunub.

Ali Məclisin Sədri pedaqoji kadrların informasiya texnologiyaları üzrə hazırlığının artırılması, bütün fənlər üzrə elektron dərsliklərin hazırlanması, interaktiv tədris imkanlarından geniş istifadə olunması, xüsusilə distant təhsilin inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar verib.

Məktəbin kitabxana fondunda 5 mindən artıq kitab var. Şagirdlərə mütaliə vərdişlərinin aşılanması onların asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Şahmat sinfində lazımi avadanlıqlar qoyulub. Məktəbdə “Şahmat” fənninin tədrisi şagirdlərin zehni inkişafına, məntiqi düşünmə qabiliyyətlərinə əhəmiyyətli təsir göstərir. Bütün bunların nəticəsidir ki, şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə artıb.

Fizika kabinəsinə və kimya-biologiya laboratoriyasına baxış zamanı dəqiq elmlərin tədrisində fənlərarası əlaqənin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, fiziki, kimyəvi və bioloji hadisələri özündə cəmləşdirən mövzuların qarşılıqlı şəkildə öyrədilməsi şagirdlərin bilikləri daha dolğun mənimsəməsinə imkan verir.

Hərbi kabinetdə və idman zalında da tədris üçün hər cür şərait yaradılıb.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri aparılan yenidənqurma işlərindən sonra Güznüt kənd tam orta məktəbində yaradılan şərait nəticəsində tədrisin düzgün təşkil olunacağına əminliyini bildirərək deyib: Məktəblərdə gələcəyimiz hazırlanır. Bu gələcək yalnız təhsilli deyil, həm də vətənpərvər gənclərdən ibarət olmalıdır. Hər bir şagird, ilk növbədə, əsl vətəndaş kimi yetişdirilməli, gələcəkdə ölkəmizin inkişafında yaxından iştirak etməlidir. Son illər məktəbdə nizam-intizamın və müəllim tələbkarlığının olması nailiyyətlərin qazanılmasına imkan vermişdir. Məktəbin məzunları ali və orta ixtisas məktəblərində, Heydər Əliyev adına hərbi liseydə təhsil alırlar.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara təhsildə uğurlar arzulayıb.

Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq edib, qarşıya qoyulan vəzifələrin icrası üçün səylə çalışacaqlarını bildiriblər.

Güznüt kəndində müasir idarəetmə

sistemi yaradılıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Güznüt Kənd Mərkəzinin açılışında da iştirak edib.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev deyib ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan quruculuq və inkişaf siyasəti muxtar respublikamızda uğurla davam etdirilir. Babək rayonunda görülən işlərin timsalında da bunu görmək mümkündür. Aparılan quruculuq tədbirləri nəticəsində rayon mərkəzi ilə yanaşı, kəndlər də müasirləşir, inkişaf edir. Artıq Güznüt kəndi də muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrilib. Kənd tamamilə qazlaşdırılıb, daimi elektrik enerjisi ilə təmin olunub, müasir rabitə sistemi və geniş zolaqlı internet şəbəkəsi yaradılıb. Kənddə geniş abadlıq işləri aparılıb, yeni kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, məktəb binası əsaslı şəkildə yenidən qurulub. Elçin Hüseynəliyev yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Babək rayonunun Güznüt kəndi muxtar respublikanın müasir kəndlərinin sırasına daxil olur. Bu, Azərbaycanın iqtisadi inkişafının göstəricisi olmaqla bərabər, həm də ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Sabitlik hər bir ölkənin inkişafında başlıca şərtdir. Çünki sabitlik və inkişaf olan yerdə quruculuq tədbirləri də aparılır. Bu gün ölkəmizdəki sabitlik və inkişafın fonunda genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir. Azərbaycanda müxtəlif sahələrin inkişafını nəzərdə tutan dövlət proqramları qəbul edilir, aparılan quruculuq işlərindən əhalinin bütün təbəqəsinə pay düşür. Bu işlərin həyata keçirilməsi isə ümumilikdə ölkəmizin abadlaşmasına xidmət edir.

Ali Məclisin Sədri deyib: Hər bir kənd abadlaşdıqca rayonlar, rayonlar abadlaşdıqca isə ölkəmiz abadlaşır, inkişaf edir. Bu gün Güznüt kəndinin abadlaşması yalnız Babək rayonunun bir hissəsinin deyil, ümumilikdə ölkəmizin inkişafının göstəricisidir. Bütün bu tədbirlər insanların rahat yaşamasına, problemlərinin vaxtında həll olunmasına, gündəlik ehtiyaclarının ödənilməsinə hesablanmışdır. Güznüt kəndində istifadəyə verilən məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, yenidən qurulan kənd yolu, su və rabitə sistemləri sakinlərin rahatlığına xidmət edəcəkdir.

Kəndin müasir görkəminin qorunub saxlanılmasının və abadlaşdırılmasının vacibliyinə diqqəti çəkən Ali Məclisin Sədri deyib: Rayonda fəaliyyət göstərən aidiyyəti dövlət qurumları və kənd əhalisi bu məsələni daim diqqət mərkəzində saxlamalıdır. Dövlət qurumları evlər tikilərkən arxitektura qaydalarına və keyfiyyətə riayət edilməsini, sakinlər tikilənlərin və qurulanların qorunub saxlanılmasını diqqət mərkəzində saxlamalı, kəndin abadlaşmasında bundan sonra da yaxından iştirak etməlidirlər.

Ali Məclisin Sədri Güznüt kəndində quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyinə və sakinlərin rahat yaşayışının təmin olunacağına əminliyini bildirib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və bələdiyyə üçün iş otaqları, kitabxana, polis sahə və baytarlıq məntəqələri, rabitə və mədəniyyət evləri, 75 yerlik iclas zalı var.

Mərkəzin kitabxanası zəngin fonda malikdir. Burada 2 minə yaxın bədii ədəbiyyat toplanıb. Rabitə evində isə 512 nömrəlik müasir avtomat telefon stansiyası quraşdırılıb, poçt xidmətinin fəaliyyəti təmin olunub.

Ali Məclisin Sədri kənddə əhalinin məşğuliyyəti və məskunlaşması ilə maraqlanıb, müvafiq tapşırıqlar verib.

Kənddə baytarlıq xidməti də nümunəvi təşkil olunub. Baytarlıq məntəqəsində soyuducu, lazımi dərman preparatları və avadanlıqlar qoyulub. Baxış zamanı kənddə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Kənd mərkəzinin binası, eyni zamanda, kəndin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Güznüt kənd həkim ambulatoriyası yeni

binada fəaliyyət göstərəcək

İnsanların sağlamlığının qorunması muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Son illər kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Noyabrın 3-də Güznüt kəndində həkim ambulatoriyasının açılışı olub.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə səhiyyə ocağında yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, ikimərtəbəli ambulatoriya 11 otaqdan ibarətdir. Burada stomatoloji kabinə, palata, aptek, doğuş, peyvənd, baş həkim, mama, tibb bacısı, qeydiyyat, ginekoloq və manipulyasiya otaqları vardır.

Kabinə və otaqların hər biri müasir səhiyyə avadanlıqları və lazımi dərman vasitələri ilə təmin olunub. Bu da ambulatoriyada müayinə və müalicə işinin günün tələblərinə uyğun qurulmasına şərait yaradır. Burada səyyar tibb avadanlıqlarının qoyulması isə lazımi tibbi-profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinə imkan verir. Hazırda səhiyyə müəssisəsində 8 tibb işçisi çalışır.

Ali Məclisin Sədri kənddə tibbi-profilaktika xidmətinin düzgün təşkil olunması, dispanserizasiyanın aparılması və əhali arasında səhiyyə maarifinin gücləndirilməsi ilə əlaqədar tapşırıqlar verib.

Kənddə yeni xidmət mərkəzi tikilib

Həmin gün Güznütdə yeni xidmət mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.

Bildirilib ki, burada sakinlərin zəruri məişət ehtiyaclarının və gündəlik tələbatlarının ödənilməsi üçün ərzaq və sənaye malları mağazaları, bərbərxana, qadın gözəllik salonu və ət satışı yeri fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.

Kənd ağsaqqalı Heydər Mirzəliyev sakinlər adından minnətdarlıq edərək deyib ki, bu gün Güznüt kəndi qəsəbə görkəmi alıb. Kənddə insanların rahat yaşayışı üçün hər cür şərait vardır. Artıq ölkəmizin sürətli inkişafı hər bir sakinin həyatında hiss olunur. Qurub-yaratmaq əzmi ilə çalışan insanlar daim dövlətin diqqətini üzərlərində hiss edirlər. Bütün bunlar Ümummilli Lider tərəfindən əsası qoyulan siyasi xəttin həm ölkəmizdə, həm də muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.

Ali Məclisin Sədri deyib ki, bu gün Güznüt kəndində uşaqların yaxşı təhsil alması, sakinlərə lazımi tibbi xidmətin göstərilməsi, onların sosial problemlərinin həlli üçün kompleks tədbirlər həyata keçirilir. Bundan başqa, kənddə əhalinin keyfiyyətli rabitə xidməti ilə təmin olunması, dayanıqlı elektrik enerjisi və təbii qazın verilməsi, içməli və suvarma su təminatı istiqamətində müvafiq tədbirlər görülüb. Dövlətimiz tərəfindən fərdi təsərrüfatların inkişafı daim dəstəklənir, güzəştli şərtlərlə kreditlər verilir. Bütün bunlar isə yaşayış məntəqələrinin inkişafı ilə yanaşı, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına, eləcə də kəndin gələcək inkişafına xidmət edir. Ona görə də sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

Kənddə aparılan abadlıq işləri ilə tanışlıq zamanı Ali Məclisin Sədrinə məlumat verilib ki, 800 metrlik kənddaxili avtomobil yoluna asfalt örtük salınıb, 2 su keçidi tikilib, 400 metr uzunluğunda beton kanal çəkilib. Həmçinin rabitə dirəkləri yenilənib, 600 metr fiber-optik, 600 metr yeraltı və 2 min 400 metr məsafədə yerüstü kabellər çəkilib. Elektrik dirəkləri və 4 kilometrdən çox elektrik xətti də dəyişdirilib, yeni tikililərə 350 metr məsafədə qaz xətti çəkilib. Kəndin su təchizatı da yaxşılaşdırılıb, 300 metrlik içməli su xətti çəkilib, yeni drenaj sistemi qurulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir