Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək rayonunun Qoşadizə kəndində quruculuq işləri aparılıb

Babək, 6 mart, AZƏRTAC

Muxtar respublikada kəndlərin infrastrukturunu səciyyələndirən əsas cəhətlərdən biri də yeni sosial obyektlərin inşasıdır. Əhalinin rahat yaşayışının təmin olunmasına hesablanmış bu tədbirlər son illər geniş vüsət alıb. Davamlı inkişaf yoluna qədəm qoyan Babək rayonunun kəndlərində də geniş quruculuq işləri aparılır. Bu kəndlərdən biri də Qoşadizədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 6-da Qoşadizə kəndində yeni tikilən sosial obyektlərin açılışı olub.

                                                            Kənd məktəbi üçün yeni bina tikilib

Təhsilin inkişafında vacib amillərdən biri də müasir infrastrukturun yaradılmasıdır. Xüsusilə yeni texnologiyaların tədrisdə tətbiqi məktəblərdə dərslərin daha səmərəli təşkilinə, dünyagörüşlü və savadlı gənclərin yetişdirilməsinə imkan verir. Son illər muxtar respublikada ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər də bu məqsədə xidmət edir.

Martın 6-da Qoşadizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək deyib ki, son illər Babək rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ötən il Babək qəsəbəsində Rayon Mərkəzi Xəstəxanası, uşaq bağçası və Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəhri, Qahab, Naxışnərgiz, Güznüt kəndlərində müasir sosial obyektlər tikilərək istifadəyə verilib, 25,6 kilometrlik Hacıvar-Vayxır-Sirab, 14,5 kilometrlik Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolları yenidən qurulub, içməli su və kanalizasiya sistemlərinin çəkilişi davam etdirilib. Hazırda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi həyata keçirilir. Bu gün isə Qoşadizə kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Bu tədbirlər sakinlərin rahatlığının təmin olunmasına və yaşayış məntəqələrinin kompleks inkişafına xidmət edir. İcra başçısı yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qoşadizə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Bu da ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının müstəqillik dövründə uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Artıq ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, xalqımız inkişaf etmiş xalqlar sırasına yüksəlmişdir.

Ulu Öndərimiz deyirdi ki, “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə nail olmaq üçün təhsil ardıcıl surətdə inkişaf etməlidir”. Bu fikirdə böyük həqiqət vardır. O ölkə inkişaf etmiş ölkə hesab olunur ki, orada təhsilə yüksək qiymət verilir, insanların bilik səviyyələri artırılır. Təhsilin səviyyəsini yüksəltmək üçün müəllimə, məktəb işinə dövlət qayğısı göstərilməlidir. Bu gün ölkəmizdə müəllim əməyinə yüksək qiymət verilir, yeni məktəb binaları tikilir, təhsil müəssisələri müasir avadanlıqlarla təmin olunur.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə gənc nəslin yaxşı təhsil alması, peşə sahibi olması üçün də müvafiq tədbirlər görülür. Bu məqsədlə təhsilin orta, peşə, orta ixtisas və ali təhsil pillələri müəyyənləşdirilmişdir. Həmçinin gənclərin xarici ölkələrdə ali təhsil almaları üçün də hərtərəfli şərait yaradılmışdır. Belə ki, orta məktəbdə yaxşı oxuyan, yüksək balla ali məktəblərə qəbul olunan gənclər dövlətimiz tərəfindən xarici ölkələrdə ali təhsil almağa göndərilir. Bütün bunlar da ölkəmizin gələcəyinə hesablanmış tədbirlərdir. Çünki məktəblərdə təhsil alan gənclər müstəqil Azərbaycanın gələcək təminatçılarıdır. Ona görə də gənclər üzərlərinə düşən bu məsuliyyəti dərk edərək yaxşı təhsil almalı, vətənpərvər olmalı, özlərini gələcəyə hazırlamalıdırlar. Müəllimlər isə yaradılan şəraitdən düzgün istifadə etməli, təhsilli, dünyagörüşlü və vətənpərvər gənclər yetişdirməlidirlər.

“Vətənpərvərlik və təhsilə münasibət ailədən başlayır və məktəbdə formalaşır”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu işdə valideynlərin üzərinə böyük vəzifələr düşür. Vətənpərvərlik hissləri hər bir uşağa ailədə öyrədilməli, məktəblərdə isə bu iş daha da təkmilləşdirilməlidir. Bu mənada ailə-məktəb birliyi ölkəmizin gələcəyinə xidmət edir. Bunların yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən lazım olan şəraiti yaradılıbdır. Ölkəmizdə sabitlik, iqtisadi inkişaf, məktəblərdə isə müasir tədris şəraiti mövcuddur. Bu da gənc nəslin vətənpərvər və savadlı böyüdülməsində başlıca şərtdir.

Qeyd olunub ki, Qoşadizə kənd tam orta məktəbində tədris düzgün qurulub. Kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Şagird-müəllim münasibətlərində tələbkarlıq vardır. Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri bunu bir daha təsdiq edir. 

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara gələcək tədrisdə uğurlar arzulayıbdır.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.

Bildirilib ki, 360 şagird yerlik məktəbdə müasir tədris vasitələri quraşdırılıb. Binada 4-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompyuter və 2 şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Muxtar respublikada gənclərin kitabxanaya cəlbi və mütaliə vərdişlərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ümumtəhsil məktəblərində müasir kitabxanalar istifadəyə verilir, kitabxana işi daha da təkmilləşdirilir. Qoşadizə kənd tam orta məktəbinin kitabxana fondunda da 6 min 715 kitab vardır.

Kompyuter otaqlarında 38 kompyuter dəsti quraşdırılıb və internetə qoşulubdur. Həmçinin ayrı-ayrı laboratoriyalarda quraşdırılan elektron tədris avadanlıqları, istifadəyə verilən elektron lövhəli siniflər müasir tədris metodlarının tətbiqinə geniş imkanlar açır.

Ali Məclisin Sədri ümumtəhsil məktəblərində kitabxana işinin təşkilinə ciddi diqqət yetirilməsi, eləcə də kimya, biologiya və fizika müəllimlərinin ixtisasartırma kurslarına göndərilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikada təhsilin informasiyalaşdırılması və müasir texnologiyalarla təminatı sahəsində görülən işlər elektron tədrisin təşkilinə geniş imkanlar açıb. Elektron lövhəli sinfə baxış zamanı muxtar respublikanın 210 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında interaktiv dərs nümayiş olunub.

Sonra Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, bu tədris ilində məktəbin birinci siniflərinə 23 şagird qəbul olunubdur. Müəllimlər dərsləri şagirdlərin qavrayacağı formada tədrisinə üstünlük verir, onlarla fərdi söhbətlər aparırlar.

Şahmatın tədrisi uşaqların əqli inkişafına və asudə vaxtlarının təşkilinə kömək göstərir. Məktəbin şahmat otaqları bütün lazımi vasitələrlə təchiz olunub.

Muxtar respublikada şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə, hərb sənətinə marağın artırılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə işlər idmanın inkişafı ilə paralel aparıldıqda isə daha effektiv nəticələr verir. Qoşadizə kənd tam orta məktəbində müasir hərbi kabinə, geniş idman zalı və açıq idman qurğularının istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir.

İdman zalı ilə tanışlıq zamanı Ali Məclisin Sədri gənclərin fiziki inkişafının vacibliyini vurğulayıb, bədən tərbiyəsi və idman dərslərinə xüsusi diqqət yetirilməsi, gənclərin idmana marağının artırılması barədə tapşırıqlar verib.

Məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra Ali Məclisin Sədri müəllimlərlə görüşüb.

Söhbət zamanı Ali Məclisin Sədri deyib ki, Qoşadizə kənd tam orta məktəbi tam müasir tələblərə cavab verir. Bu da təhsilin səviyyəsini yüksəltməyi, nailiyyətləri daha da artırmağı zəruri edir. Müasir tədris avadanlıqlarından istifadə keçirilən dərslərin daha yaxşı qavranılmasına imkan verəcəkdir. Müəllimlər daim üzərlərində işləməli, tədrisdə yeni texnologiyaların imkanlarından geniş istifadə olunmalı, nailiyyətlər artırılmalıdır.

Müəllim Şəmsiyyə Əsgərova kollektiv adından minnətdarlıq edərək deyib ki, hər cür şəraiti olan məktəb binasının istifadəyə verilməsi gənc nəslə göstərilən qayğının daha bir ifadəsidir. Bu şəraitdən səmərəli istifadə etmək, vətənpərvər və bilikli gənclər yetişdirmək isə pedaqoji kollektivin qarşısında duran əsas vəzifələrdir. Müəllimlər bundan sonra da məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışacaqlar.

Məktəbin həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıbdır.

Qoşadizədə kənd mərkəzi istifadəyə verilib

Muxtar respublikada sosial sahənin inkişafına hesablanmış quruculuq tədbirləri sırasında kənd mərkəzlərinin inşasına mühüm əhəmiyyət verilir, dövlət qurumlarının fəaliyyətinin vahid mərkəzdən təşkili təmin olunur. Kənd yaşayış məntəqələrində bu cür idarəetmə mexanizminin formalaşdırılması bilavasitə sakinlərin rahatlığına xidmət edir.

Martın 6-da Qoşadizə kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ikimərtəbəli binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə və mədəniyyət evləri, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana və 60 yerlik iclas zalı yerləşir.

Rabitə evində poçt şöbəsi yaradılıb və 384 nömrəlik yeni nəsil ATS quraşdırılıbdır. Sakinlər yeni sistem vasitəsilə ən müasir rabitə xidmətlərindən - genişzolaqlı internet, İP televiziya və digər elektron xidmətlərdən istifadə edəcəklər. Həmçinin poçt şöbəsində yaradılan şərait əhaliyə nümunəvi xidmət göstərməyə və kommunal xidmət haqlarının yığılmasına imkan verəcəkdir.

Binada Qoşadizə kənd bələdiyyəsi və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün də müasir şərait yaradılıb. Mərkəzdə kənd kitabxanasının və mədəniyyət evinin fəaliyyəti də təmin edilib. Kitabxanada 7228 ədəbiyyat vardır. Yeni Azərbaycan Partiyası Qoşadizə kənd ərazi ilk təşkilatının 62 üzvü vardır. Onlardan 24-ü gənclər, 10-u isə qadınlardır. Müasir iş otağı ərazi ilk təşkilatının daha səmərəli fəaliyyətinə imkan verəcəkdir.

Baytarlıq məntəqəsinə baxış zamanı Ali Məclisin Sədrinə məlumat verilib ki, kənddə bioloji təhlükəsizliyin qorunması diqqət mərkəzində saxlanılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır, məhsuldarlıq ilbəil artırılır. Hazırda baytarlar mövsümlə əlaqədar olaraq profilaktik tədbirlər görür, təsərrüfatlarda xəstəliklərə qarşı dezinfeksiya işləri aparırlar.

Sonra Ali Məclisin Sədri feldşer-mama məntəqəsində olub, kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıbdır.

Bildirilib ki, binada feldşer-mama məntəqəsi üçün iş otaqları ayrılıb, məntəqə lazımi dərman vasitələri, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunubdur. Tibb işçiləri əhali arasında maarifləndirmə işinin aparılmasını, gigiyenik qaydalara əməl olunmasını əsas istiqamət kimi müəyyənləşdiriblər. Həmçinin hamilə qadınların qeydiyyata alınması, onlara patronaj xidmətinin göstərilməsi, uşaqların vaxtlı-vaxtında peyvəndə cəlb olunması da diqqət mərkəzindədir.

Ali Məclisin Sədri kənd sakinlərinin sağlamlığını qorunması sahəsində bundan sonra da ardıcıl tədbirlərin görüləcəyini bildirib, səhiyyə xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini veribdir.

Binada fərdi istilik sistemi yaradılıb və həyət abadlaşdırılıbdır.

Qoşadizə kəndində yenixidmət mərkəzi fəaliyyət göstərəcək

Martın 6-da Qoşadizə kəndində xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra xidmət mərkəzi ilə tanış olub.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, geyim dəstlərinin və təsərrüfat mallarının satışı təşkil olunub. Mərkəzdə 5 nəfər işlə təmin olunubdur.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri deyib ki, dövlətimiz tərəfindən sakinlərin rahat yaşayışı istiqamətində ardıcıl tədbirlər görülür, yaşayış məntəqələri müasirləşdirilir. Qoşadizə kəndi də öz simasını tamamilə dəyişibdir. İstifadəyə verilən yeni sosial obyektlər, yaradılan şərait əhalinin rahat yaşayışına hesablanıb. Qoşadizə kəndinin bərəkətli və məhsuldar torpaqları, zəhmətkeş insanları vardır. İnsanlar əkinçiliklə, maldarlıqla məşğul olurlar. Yaradılan şərait gələcəkdə də bu işlərin davam etdirilməsinə, əhalinin rahat və firavan yaşayışına, məskunlaşmanın artmasına səbəb olacaqdır. Sakinlər göstərilən dövlət qayğısından layiqincə bəhrələnməli, kəndin abadlaşmasında bundan sonra da yaxından iştirak etməlidirlər.

Ali Məclisin Sədri kəndin kompleks inkişafını xalq-dövlət birliyinin nəticəsi kimi dəyərləndirib, qarşıdan gələn Novruz bayramı münasibəti ilə sakinləri təbrik edib.

Kənd sakini, ziyalı Zeyqəm Məhərrəmov minnətdarlıq edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi ölkəmizi inkişaf və tərəqqiyə qovuşdurub. Bu inkişaf, tərəqqi Naxçıvan Muxtar Respublikasının da bütün yaşayış məntəqələrini əhatə edib. Şəhər, qəsəbə və kəndlərdə böyük quruculuq işləri aparılır. Qoşadizə kəndinin müasir görkəm alması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bu gün kənd kompleks şəkildə abadlaşıb. İnsanlar rahat yoldan, fasiləsiz elektrik enerjisindən, təbii qazdan, rabitə xidmətindən istifadə edirlər. Gənc nəslin hərtərəfli böyüməsinə xidmət edən müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi isə sakinlər üçün ən böyük hədiyyədir. İnsanlar bütün bu işləri xalqa, Vətənə, dövlətçiliyə sədaqətlə xidmətin nəticəsi hesab edir, ölkəmizin inkişafına öz töhfələrini verməyə çalışırlar.

Bildirilib ki, kənddə 1200 metr yola asfalt örtük salınıb, 482 metr uzunluğunda beton kanal çəkilib, 16 su keçidi tikilibdir. Sakinlərin kommunal şəraiti də yaxşılaşdırılıb, 2800 metr fiber-optik, 2000 metr yerüstü və 1500 metr yeraltı rabitə xətti çəkilib, 450 metr elektrik xətti yenilənib, müxtəlif güclü transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılıbdır. Həmçinin yeni tikililərə 238 metr məsafədə qaz, 220 metr içməli su xətləri çəkilib, yaşıllıqların suvarılması üçün 2250 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulubdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO