Bahar Muradova: Mətbuat sahəsində əldə olunan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir
Bakı, 8 iyul, AZƏRTAC
Demokratik dünyanın və demokratik düşüncəyə sahib insanların kəşf etdikləri, arxasında dayandıqları və inkişafına töhfə verdikləri ən vacib sahələrdən biri də mətbuatdır. Bu sahədə əldə olunan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanı səsləndirib.
Komitə sədri qeyd edib ki, cəmiyyət inkişaf etdikcə, bu tərəqqi mətbuat sahəsində də özünü göstərir. Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, əgər müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan,müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir.
“Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində yaşayıb. Ulu Öndərin bu sahədə ən böyük xidmətlərindən biri senzuranın ləğvi olub. Heydər Əliyev hər zaman mətbuatı azad görmək istəyirdi”, - deyə B.Muradova vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]