“Bakı-2017”: Voleybol yarışlarının beşinci günündə kişi və qadın idmançılar mübarizə aparırlar
Bakı, 15 may, P.Rəhimova, A.İsmayılova AZƏRTAC
Mayın 15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının beşinci gününün oyunları başlayıb.
AZƏRTAC xəbər verir ki, günün birinci oyununda kişilərin mübarizəsində “A” qrupunda Türkiyə və Pakistan yığma komandaları qarşılaşır.
Saat 19:00-da keçiriləcək ikinci oyunda Türkiyənin qadın voleybolçulardan ibarət millisi ilə Qırğızıstan yığması üz-üzə gələcək.
Günün sonuncu qarşılaşmasında - saat 21:30-da “A” qrupunun oyunları çərçivəsində Qətər və Səudiyyə Ərəbistanının kişilərdən ibarət komandaları qarşılaşacaq.