Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Bakı Ali Neft Məktəbində (BANM) 31 mart soyqırımı qurbanlarının xatirəsini anma tədbiri keçirilmişdir.
BANM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər XX əsrin əvvəllərində Qafqazda baş vermiş siyasi hadisələrin tarixindən danışmış, erməni daşnaklarının Naxçıvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda, Şamaxıda, Qubada və Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri sadalamış, bütün bunların ermənilərin özgə torpaqlarını mənimsəmək xislətindən irəli gəldiyini qeyd etmişlər.
Natiqlər ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə ilk dəfə 1918-ci ilin mart hadisələrinə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırmışlar. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlar əldə etdiyi, beynəlxalq aləmdə ermənilərin çirkin siyasətinin iflasa uğraması üçün miqyaslı və səmərəli tədbirlər həyata keçirildiyi vurğulanmışdır. Çıxış edənlər gəncləri dövlətçilik amalları ətrafında birləşməyə və ölkəmizin maraqlarını daim müdafiə etməyə çağırmışlar.
Sonda tələbələrin hazırladıqları 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]