Bakı Ali Neft Məktəbinin komandası Kibermüharibə yarışının finalına yüksəlib
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə təşkil olunacaq CIDC-2023 (Critical Infrastructure Defence Challange) tədbiri çərçivəsində keçirilən “Kibermüharibə” yarışının II onlayn mərhələsi uğurla başa çatıb. SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Squadron” komandası ali təhsil müəssisələri arasında ən yüksək nəticə əldə edərək finala yüksəlib.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
İkinci mərhələdə əldə etdikləri nəticələrə uyğun olaraq ən yüksək nəticə göstərmiş komandaların sıralaması aşağıdakı kimidir:
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi - “0x5041”
2. Global Service Provider - “NetVault31337”
3. Bakı Ali Neft Məktəbi - “Squadron”
4. Azercell - “CyberCell”
5. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) - “ACC Predators”
6. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - “Digital Rangers”
7. PASHA Bank - “Old School”
8. Kapital Bank - “CyberKapitalists”
9. Expressbank - “Xpr3ss1337”
10. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “AS4NS3C”
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - “KiberDost”
12. Azərbaycan Respublikasının Mərkəzi Bankı - “CBAR_Team”
13. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti - “Iron Fist” 14. PASHA Technology LLC - “This is the way”
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi - “MoD of Azerbaijan”
16. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - “UEIB”
17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi - “1 Group”
18. Dövlət Gömrük Komitəsi - “Customs”
19. Azərbaycan İnvestisiya Holdinqi - “AİH”
20. Unibank - “UniCyberWarriors”
Növbəti mərhələyə vəsiqə qazanmış 20 komandanın final yarışı fiziki məkanda - Bakı Konqres Mərkəzində CIDC-2023 tədbirləri çərçivəsində “kibermüharibə” şəraitində baş tutacaq.