Bakı Avrasiya Universitetində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Bakı Avrasiya Universitetində (BAAU) 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, qanlı faciəni əks etdirən foto və slaydlar nümayiş etdirilmişdir.
BAU-nun prorektoru, professor Nazim Cəfərli 20 Yanvar hadisələrinin xalqımızın tarixinin həm faciəli bir səhifəsi, həm də qəhrəmanlıq salnaməsi olduğunu vurğulamış, bu hadisələrin milli istiqlaliyyətimizin qazanılmasında böyük təsirini qeyd etmişdir. Demişdir ki, 20 Yanvar hadisələri zamanı tarix boyu sərt sınaqlara mərdliklə sinə gərmək əzmini bir daha sübut etmiş Azərbaycan xalqı yanvarın 19-dan 20-nə keçən gecə görünməmiş vəhşiliklə üzləşərək, yüzlərlə fədakar oğul və qızını itirmişdir.
Digər çıxış edənlər də faciənin acı nəticələrindən danışmış, belə tədbirlərin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olduğunu vurğulamışlar.
Universitetin foyesində 20 Yanvar hadisələri zamanı Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş guşə yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]