BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9184 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqd bağlanmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,0002 bənd qalxaraq, bir dollar üçün 0,9182 AZN olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 239 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9182 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 239 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 219 450 min AZN təşkil edir. Bir əqdə orta hesabla 119 500 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUR/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,05 faiz, ABŞ dolları üzrə isə 15,34 faiz təşkil etmişdir.
Yanvarın 9-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.