BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9150 AZN-ə bərabər idi. Sistemdə bankların verdikləri sifarişlərin məbləğinin 14 062 300 USD və 7 980 000 AZN olmasına baxmayaraq, EHBS-in gündüz və səhər sessiyalarında USD/AZN T+0 aləti üzrə əqd bağlanmamışdır. Nəticədə hər iki sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar. EHBS-də banklar AUR/AZN, RUR/AZN alətləri üzrə sifariş verməmişlər. EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,80 faiz, ABŞ dolları üzrə isə 14,87 faiz təşkil etmişdir.
Birjada banklar arasında kredit alətləri üzrə illik 10 faizlə 142 300 AZN həcmində bir əqd qeydə alınmışdır. Əqdin borcalma müddəti 3 gündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]
Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb
- 09.10.2026 [11:57]
İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb
- 09.10.2026 [11:54]
Fiziki şəxslərin banklardakı əmanətləri artıb
- 09.10.2026 [11:53]
Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb
- 09.10.2026 [11:49]
Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]