BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9020 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqd bağlanmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 milyon 920 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9015 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 1 milyon 920 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 731 189 AZN təşkil edir. Bir əqdə orta hesabla 384 000 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
AUR/AZN T+0 aləti üzrə 9 min avro məbləğində bir əqd qeydə alınmışdır. Avronun məzənnəsi 1.1456 AZN olmuşdur.
AUR/AZN T+1 aləti üzrə 31 min avro məbləğində bir əqd qeydə alınmışdır. Avronun məzənnəsi 1,1456 AZN təşkil etmişdir.
EHBS-də banklar RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,75 faiz, ABŞ dolları üzrə isə 15,25 faiz təşkil etmişdir.
Mayın 11-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.