Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Sinqapur təcrübəsindən istifadə edir

Bakı, 21 sentyabr, Elvin Camalov, AZƏRTAC

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı İstismar Xidmətinin müdiri Yevgeni Si (Eugene Seah) AZƏRTAC-a məxsusi müsahibəsi.

-Özünüz barədə ətraflı məlumat vermənizi xahiş edirik. Sizcə nə üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sizi işə cəlb edib?

-İlk öncə bu imkanı mənə verdiyi üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına (Bakı limanı) öz təşəkkürümü bildirmək istəyirəm. Mən liman sənayesinə karyeramın böyük bir hissəsini sərf etmişəm. Sinqapurda iki əsas liman olan PSA Konteyner Terminalları və Jurong limanında 25 illik iş təcrübəsinə malikəm. PSA-da işlədiyim zaman Sinqapur, Yaxın Şərq və Çində olan Terminalları idarə etmişəm, Pasir Panjang və Jurong limanındakı yeni liman terminallarının planlaşdırılması işinə də cəlb olunmuşam. Bakı Beynəlxalq Dəniz Ticarət Limanından əvvəl, Jurong limanında həm əməliyyatlar və həm də kommersiya üzrə ali rəhbərlik səviyyəsində bir neçə təyinat almışam. Jurong limanında mən ümumi yük, topa yük və konteyner terminallarında kommersiya və əməliyyatların bütün aspektlərini nəzərdə tutan vitse-prezident vəzifəsini daşımışam.

Zənnimcə, mənim bu yeni təyinatım işi yerinə yetirmək üçün keçmiş təcrübəm və texniki nouxaudan istifadəni tələb etməklə, lap yerinə düşür. Əminliklə deyə bilərəm ki, Sinqapurda çalışdığım limanlar dünyanın ən aparıcı limanlarından biridir və mən ən təkmil təcrübələri Ələtdəki yeni Bakı limanına tətbiq edəcəyimə ümidvaram. Qarşıda duran məsələ hər şeyi iş mühitində öz uyğun yerinə qoyulmasından, yəni əməliyyatların bütövlükdə və yeni limanda nə cür həyata keçiriləcəyindən asılıdır. Çünki istənilən digər proseslərdə olduğu kimi, bir-biri ilə bağlı olan daxili və kənar asılılıqlar mövcuddur. Hər şeydən əvvəl, mənim vəzifəm yeni əməliyyatı idarəetmə yanaşmalarını təqdim edərək, uyğunlaşdırılmış proqram təminatı və kompyuter avadanlıqlarını ağılla tətbiq edərək limanda nəqliyyat və logistika ilə bağlı əməliyyatların optimallaşdırılmasını nəzərdə tutur.

O ki qaldı Bakı limanı məni nə üçün işə cəlb edib sualına, mənim qənaətimə görə, Azərbaycana öncə etdiyim iki səfər zamanı limanın rəhbər heyəti ilə həyata keçirdiyim əlaqələr onlarda mənim mövcud vəzifə və tapşırıqların öhdəsindən gələ biləcək bir şəxs olduğum fikrini formalaşdırıb. Eyni zamanda Sinqapurda olan əlaqə və şəbəkələrim sayəsində mən özəl və dövlət kanalları vasitəsilə digər ekspertiza sahələrini də cəlb edə bilirəm. Məsələn, limanın baş direktoru Taleh Ziyadov ilə birlikdə Sinqapur şirkətləri ilə vacib əlaqələr qurmağa nail olmuşuq və yaxın tarixdə Sinqapurun Kooperasiya Təşkilatı ilə Anlaşma Memorandumu imzalamağı planlaşdırırıq. Bu təşkilat xarici hökumət və korporasiyalara Sinqapurun özəl və dövlət sektorlarının ekspertləri ilə sıx əməkdaşlıq şəraitində öz inkişaf hədəflərinə nail olmağa kömək edən Sinqapurun aparıcı dövlət qurumudur. Anlaşma Memorandumu Bakı limanına Ələtdəki yeni liman və logistika zonası üçün strateji planı işləyib hazırlamaq və Sinqapur şirkətləri ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək.

-Bu təyinatda sizi nə cəlb etdi?

-Mən yeni Bakı Limanı barədə Taleh Ziyadovun bu ilin aprel ayında Sinqapurun Jurong limanına səfəri zamanı öyrənmişəm. O, Ələtdəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə danışaraq bu limanın Azərbaycan Respublikası Prezidentinin özünün nəzarəti altında olduğunu vurğuladı, Azərbaycanda Liman Mərkəz (Hub) Strategiyası Çərçivəsinə nə cür uyğun olduğu barədə söhbət açdı. Ələtdəki yeni Bakı limanını Avrasiya məkanında mühüm nəqliyyat və logistika qovşağı şəklində inkişaf etdirərək Azərbaycan iqtisadiyyatının diversifikasiyasına töhfə verməyi nəzərdə tutan Liman Mərkəz Strategiyası mənə cəlbedici göründü. Bu məndə maraq oyatdı və anladım ki, qədim İpək Yolu üzərində Azərbaycanın tarixi ticarət qovşağı mövqeyini özünə qaytaracaq bu nəhəng layihənin tərkib hissəsi olmaq həyatda bir dəfə ələ düşən imkandır. Bu təyinatı qəbul etməzdən əvvəl, mən Bakı və limanı görmək, bu perspektiv planı əyani şəkildə qiymətləndirmək üçün Azərbaycana iki səfər etdim, layihələndirilən işin miqyası məndə böyük təəssürat oyatdı. Bildiyiniz kimi, Ələtdəki yeni Bakı limanı üçün 400 hektar torpaq sahəsi ayrılıb ki, bunun 100-115 hektar hissəsi beynəlxalq logistika və ticarət zonasının inşası üçün nəzərdə tutulub. Liman ətrafındakı şimal əraziləri logistika, sənaye və istehsal fəaliyyətinin gələcəkdə genişləndirilməsi üçün planlaşdırılıb.

- Bu layihənin uğurunu necə qiymətləndirərdiniz?

-Məncə bu nəhəng bir layihədir. Həm Avrasiya ticarəti və həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün mühüm rol oynayacaq. Mən sizin Prezidentinizin Ələtlə bağlı perspektiv planlarına inanıram və hesab edirəm ki, bu plan realdır və mən onun gerçəkləşdirilməsində mühüm rol oynaya bilərəm.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində ən qədim və böyük ticarət limanıdır. Şəhərin mərkəzində yerləşdiyinə görə, Azərbaycan hökuməti onu paytaxtdan 70 kilometr cənubda Ələt adlı kiçik şəhər yaxınlığındakı yeni əraziyə köçürüb. Bildiyiniz kimi, Ələt Böyük Bakı inzibati sərhədləri daxilində olub, bölgənin mühüm dəmir və avtomobil yollarının strateji kəsişmə nöqtələrində yerləşir. Azərbaycanın əsas dəmir və avtomobil yolları bu məntəqədə kəsişir. Qeyd etmək vacibdir ki, bu yeni sahə İran (200 km), Rusiya (250 km), Türkiyə (1000 km), Mərkəzi Asiya (300-400 km) və Qərbi Çinə (təxminən 3,000 km) çox yaxındır. Başqa sözlə desək, bu yerli deyil, Avrasiya məkanında daha böyük bazarlar üçün əsas paylama mərkəzi olacaq regional layihədir.

Beynəlxalq miqyasda, Çin hökumətinin 2013-cü ildə işləyib-hazırladığı, Mərkəzi və Şərqi Asiya vasitəsilə Çini Avropa ilə birləşdirəcək inkişaf strategiyası - "Bir Kəmər, Bir Yol" - adlandırılan İpək Yolu İqtisadi Kəməri təşəbbüsü bizim layihənin şanslarını artırır. Çin hökuməti 11 avqust 2015-ci il tarixində bu marşrut boyu ticarət və nəqliyyat əlaqələrini yaxşılaşdırmaq məqsədilə nəzərdə tutulmuş İpək Yolu İnfrastrukturu Fonduna 40 milyard ABŞ dolları ayırmağı vəd edib, bir neçə aparıcı Çin şirkətləri də bizim liman və logistika zonası ilə maraqlanır.

Bu layihə milli səviyyədə də uğursuz ola bilməz. Azərbaycan iqtisadiyyatını düşən neft qiymətlərindən qorumaq üçün layihə iqtisadi diversifikasiya baxımından da mühümdür. Bundan daha vacib olanı isə, Azərbaycan Respublikası Prezidentinin dəstəyi və onun Ələtdəki yeni Bakı Limanını Avrasiyanın gələcək nəqliyyat və logistika qovşağı kimi nəzərdən keçirməsidir. Əminəm ki, biz bu dəstəklə öz liman mərkəz strategiyamız üçün müvafiq çərçivəni qura biləcəyik. Bu çərçivə mühüm uğur amili olan və Ələtdəki müxtəlif nəqliyyat növləri ilə qarşılıqlı daşıma ticarəti və əlavə dəyər xidmətlərini inkişaf etdirmək üçün yeni limanda xüsusi hüquqi rejim təmin etməlidir. Bundan əlavə, hal-hazırda limanda yenidənqurma işləri həyata keçirilir və limanın baş direktorunun rəhbərliyi altında artıq bu işi həyata keçirmək üçün müvafiq idarəetmə strukturu yaradılıb. Bu komanda öz aidiyyatı iş sahələrində ixtisaslaşmış uzunmüddətli peşəkarlardan təşkil olunub və hər komanda üzvü ən təkmil təcrübəsini və nou-xaunu bu layihəyə tətbiq edir. Bu, yeni nizam-intizam, diqqət, innovasiya və qətiyyətlilik düşüncə tərzinin olduğu yeni mədəniyyəti qurmaq baxımdan vacibdir.

Bu məsələni bir daha vurğulamaq üçün qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələtdəki yeni Bakı Limanını Avrasiyanın gələcək nəqliyyat və logistika mərkəzi kimi nəzərdən keçirir. Növbəti ildə Azərbaycan-Gürcüstan-Türkiyə və Avropanı birləşdirəcək yeni Bakı-Tbilisi-Qars dəmir yolu işə düşərək Çini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək. Bildiyiniz kimi, 3 avqust tarixində biz yeni Bərə Terminalımızda Qərbi Çindən ilk konteyner blok qatarını qəbul etdik. Bu, yuxarıda verilmiş Çin-Avropa dəmir yolu bağlantısına hazırlıq üçün sınaq qatarı oldu. Nəzərinizə çatdırıram ki, qatar Çindən Bakıya cəmi 6 günə çatdı.

Beləliklə, bu layihənin uğuru təmin edilib və məsələ kəmərin hərəkətə gətirilməsi üçün bütün hərəkət tərkiblərinin nə zaman təmin ediləcəyindən ibarətdir.

-Yeni terminalda əməliyyatların səmərəliliyini təmin edəcək ən vacib meyar hansıdır?

-Bizim ən təkmil sistemlərimiz olsa da və ən müasir avadanlıqları satınalmaq üçün milyonlarla dollar sərf etsək belə, sistemləri idarə edəcək və avadanlıqlara texniki xidmət göstərəcək insanlar olmazsa, heç nəyin mənası qalmayacaq, çünki siz biznesinizin tələblərini təmin edəcək və sifarişçilərinizin tələblərinə cavab verəcək dayanıqlı səmərəlilik və məhsuldarlıq səviyyəsini təmin edə bilməyəcəksiniz. Bunun üçün idarəetmə heyətində bizim "ağıllı yaradıcılar" adlandırdığımız insanların olması vacibdir. Bu cür insanlar problemin həllini aramaq və xüsusən də problemin aradan qaldırılmasına olan zərurəti gördükdə bunu etməsi söylənilmədən həll yolunu təklif edən insanlardır. Münasib insanların münasib vəzifələrə təyinatı uğurun təmin edilməsi üçün çox mühüm amildir.

-İndiyədək Bakı limanında hansı işlərin görüldüyünü və öz əməliyyatlarınızı Ələtdəki yeni limana nə zaman köçürəcəyinizi açıqlaya bilərsinizmi?

-Ələtdəki yeni limanda tikinti işlərinin hələ də davam etdiyi üçün biz şəhər mərkəzindəki köhnə Bakı limanında hazırlıq işlərimizə başlamışıq. Mühüm proseslərdən bəzilərinin təkrar işlənməsi, əməliyyatlarımızı yeni limana köçürərkən, hazırkı liman üçün kritik proseslərin qayğısına qalacaq insanları təyin edərək biz əməliyyatların təkmilləşdirilməsinə artıq başlamışıq. Limanın əməliyyat imkanında olduğunu potensial sifarişçilərimizə nümayiş etdirmək nöqteyi-nəzərindən bu işlər vacibdir. Biz həmçinin, limandakı işçi heyətinə dünyada gedən yeni proseslər üzrə təlimlər keçirik və mütəşəkkil təlim və öyrətmə vasitəsilə insan bacarıqlarının inkşafına dəyərin qatılmasına inanırıq.

Ələtdəki Yeni Bakı Limanının birinci mərhələsinin tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. 2016-cı ilin sonunadək Ro-Ro terminalının tikintisinə üstünlük verilir. Bu, Türkiyə ilə Mərkəzi Asiya arasında hərəkət edəcək iri yük maşınlarının (TİRlər) hərəkəti üçün əsas terminaldır.

-Azərbaycan, Bakı sizin üçün xaricdə ilk iş təcrübəsidir?

-Xeyr, mən PSA-da olarkən, Ədəndə (Yəmən) işləmiş və Jurong limanında olarkən, 6 aylıq müddət üçün Çində konteynerlər və topa daşıma ilə məşğul olan Haynan limanına təyinat almışdım. Ədəndə mən mövcud terminalı əvəzləmək üçün yeni terminalın konseptual layihələndirilməsi işinə cəlb olunmuşdum, Çində isə mənə biznes strategiyasının nəzərdən keçirilməsi və gələcək artım üçün əməliyyatların optimallaşdırılması həvalə edilmişdi.

-Bakı bir şəhər kimi xoşunuza gəlirmi?

-Bakıda məftun olduğum onun xüsusi cəzbediciliyidir. Səfərlərimin birində UNESCO-nun Dünya İrsinə daxil edilmiş və buna layiq olan İçərişəhərdə qalmaq imkanı qazandım. Bəzən insan özünü qədim məscid və minarələrlə, Bakının ən məşhur tarixi abidəsi olan Qız Qalası ilə sanki keçmişə qayıtmış kimi hiss edir. Digər tərəfdən isə, Bakının hər yerində qədimi və yeni binaların yanbayan dayanması ona xüsusi cazibədarlıq bəxş edir.

İçərişəhərdə, üzüm tənəklərinin və hər küncdə fərqli mənzərənin açıldığı dolanbac və dar, insan diqqətli olmazsa, harada olduğunu bilməyərək çaşbaş qalacağı küçələri özüm üçün araşdırmağı sevirəm. Mən həmçinin Bakının mərkəzindəki fəvvarələr meydanını da xoşlayıram. Heç zaman bu qədər fərqli üslubda fərqli fəvvarələrin olduğu və xüsusən də gecələrin müxtəlif rənglərlə sayrışdığının şahidi olmamışam. Ümumiyyətlə, Bakı Avrasiyada mühüm mərkəz şəhər olmaq adına layiq kosmopolit meqapolisdir. Hər şeydən əvvəl isə, mən Azərbaycan xalqını sevirəm, çünki onlar çox qonaqpərvər və mehribandır.

-Deməlı buraya işləməyə gəldiyinizdən peşman deyilsiz?

-Yeganə peşmançılığım həyat yoldaşım və uşaqlarımı gətirməməyimdir. Mənim 7 və 11 yaşlarında olan Sofia və Samuel adlı iki gözəl övladım var. Bununla belə, burada işləmək imkanını uzun-müddətli öhdəlik hesab etdiyim üçün onları da buraya gətirməyi planlaşdırıram. Hər şeydən əvvəl isə, Azərbaycanın Xəzər dənizi bölgəsində ən böyük nəqliyyat və logistik mərkəzinə çevrilməsi məqsədinə nail olmasını görmək istəyirəm.

-Hansı hobbiləriniz var və Bakıda boş vaxtınızı necə keçirirsiniz?

-Mən idmanı sevirəm. Açıq hava şəraiti və şəhərdən kənar mühiti xoşlayıram və düşünürəm ki, Azərbaycan açıq hava şəraitində asudə vaxtın təşkili üçün mükəmməl bir yerdir. Ölkəmdə, Avstraliya və Malayziyada bir neçə triatlon yarışlarında iştirak etmişəm. Əgər vaxt imkan verərsə və Azərbaycanda bu cür yarışlar keçirilərsə, mütləq bunu nəzərdən keçirəcəyəm.

Mən həmçinin, qolf oynamağı sevirəm və Qubadakı Azərbaycan Milli Qolf Klubunda oynamaq imkanım olub. Oranın sahəsi çətin olsa da, dağ yollar və ətraf mənzərənin fərəhləndirici görüntüsündən zövq aldım. Bunlar mənim üçün gözəl təcrübə oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub