Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialı açılıb

Bakı, 4 may, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Moldovanın tanınmış ictimai-siyasi xadimi, Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu ilə görüş keçirilib.

BBMM-in rəhbərliyi və Məşvərət Şurasının elm komissiyasının sədri, akademik Vaqif Abbasov, din məsələləri üzrə komissiyanın sədri Gündüz İsmayılovun da iştirak etdiyi görüşdə Mərkəzin icraçı direktoru Azad Məmmədovla Aureliya Qriqoriu arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-in mənafelərini təmsil və müdafiə edən Moldova filialının fəaliyyətini təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumuna əsasən mərkəzi qərargahı Moldova filialı olmaqla A.Qriqoriu, həmçinin BBMM-in Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin də səlahiyyətli nümayəndəsi təyin edilib.

Filial Azərbaycanın və Moldovanın milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, simpoziumlar, seminarlar, “dəyirmi masa”lar və disputlar təşkil edəcək.

Görüşdə çıxış edən Azad Məmmədov BBMM-in Mərkəzi və Şərqi Avropada filial və nümayəndəliklərinin açılmasından məmnunluğunu ifadə edib: “Biz çox şadıq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xaricdə öz fəaliyyət sferasını gündən-günə genişləndirir. Hazırda Mərkəzin Almaniya, Portuqaliya, İtaliya, Rusiya, İsrail və Qazaxıstanda filialları fəaliyyət göstərir. İndi isə Şərqi və Mərkəzi Avropa ölkələrində də Azərbaycanın multikultural dəyərləri daha geniş şəkildə təbliğ və təşviq ediləcək. Bu missiyanın A.Qriqoriu tərəfindən həyata keçirilməsi isə bizi xüsusilə sevindirir. Çünki o, Azərbaycanın yaxın dostudur”.

Aureliya Qriqoriu məhz Azərbaycanın və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin maraqlarından çıxış etməyin böyük şərəf olduğunu qeyd edib: “Azərbaycan mənim xüsusi münasibət bəslədiyim sevimli ölkədir. Düşünürəm ki, fenomen hesab etdiyim Azərbaycan multikulturalizmindən bütün dünya örnək götürməlidir. Çünki multikulturalizm hazırda dünyada yayılmış terrorun, ksenofobiyanın, irqçiliyin alternatividir. Mənim fikrimcə, bir məsələni xüsusi təqdirlə vurğulamaq lazımdır. Azərbaycanda multikulturalizm əsrlərə söykənən dəyər olmaqla qalmayıb, həm də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə ilk siyasi qərarları isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qəbul edib və həyata keçirib. Bu siyasi xətt hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Torpağının 20 faizi işğal olunmuş və ərazisində bir milyondan artıq qaçqın və məcburi köçkünün məskunlaşdığı bir ölkənin hazırda da multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətinə çevirməsi bu dövlətə və hökumətə olan hörməti daha da artırır. Keçmiş SSRİ-nin tərkibində yerləşən respublikalardan Azərbaycan yeganə ölkədir ki, ərazisində müxtəlif etnik mənşəyə və fərqli dinə mənsub onlarla xalqın nümayəndəsi heç bir problem olmadan, qardaşcasına yaşayırlar. Azərbaycanın dünyanın ən tolerant ölkələri siyahısında ilk beşlikdə yer alması təsadüfi deyil. BBMM-in filial rəhbəri olaraq Azərbaycan multikulturalizmini bu keyfiyyətdə və belə bir miqyasda Şərqi və Mərkəzi Avropada təmsil edəcəyim üçün çox şadam və bundan qürur duyuram”.

Görüşdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Mərkəzin analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu BBMM-in xaricdə filiallarının sayının artmasını Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən böyük qiymət kimi dəyərləndiriblər və bu işin gələcəkdə daha da genişlənəcəyinə əminliklərini bildiriblər.

Aureliya Qriqoriu Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin və təcavüzkar Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər həyata keçirən ictimai xadimdir. Onun bu xidmətləri 2008-2015-ci illərdə Moldova Respublikasının ombudsmanı olduğu vaxtlarda xüsusilə təqdirəlayiqdir. A.Qriqoriu 2013-cü il iyulun 4-də Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda “Avropa Şurasının üzv ölkələrində Avropa standartları hüququn aliliyi və sərhədləri sərəncamı” mövzusunda keçirdiyi konfransda Ermənistan parlamentinin üzvləri qarşısında bu ölkəni Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda soyqırımı törətməkdə təqsirləndirib. Konfransda siyasi cəsarət nümayiş etdirən Aureliya Qriqoriu bildirib ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən çoxdur davam edən və Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan hərəkətləri əsl təcavüzdür və bu hərəkətlər beynəlxalq hüquq prinsiplərinə ziddir. Sonralar A.Qriqoriu bu ədalətli çıxışına görə ermənilər və ermənipərəst qüvvələr tərəfindən müxtəlif mənəvi-psixoloji təzyiqlərə, hədə-qorxuya məruz qalıb. O, insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi xidmətlərə görə bir çox ölkələrin mükafat, orden və medallarına layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür